25 Sentyabr 2022 17:57
908
İDMAN
A- A+

Regionlarda ağırlıqqaldırma zalları istifadəyə verilib

 

Goranboy Olimpiya İdman Kompleksinin nəzdində, Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində, eləcə də Samux şəhərində ağırlıqqaldırma zalları istifadəyə verilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, zalların açılışında nazir Fərid Qayıbov, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev iştirak ediblər.

Yeni istifadəyə verilən zallarda yaradılmış şəraitlə tanış olan qonaqlar idmançı və məşqçilərlə fikir mübadiləsi aparıb. Söhbət zamanı regionlarda bu idman növünün inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb.

Səfərdə Fərid Qayıbov Şəki şəhərində “Buta” məktəbəqədər təhsil müəssisəsində istifadəyə veriləcək ağırlıqqaldırma zalı və İsmayıllı şəhərində Uşaq-Gənclər Şahmat İdman Məktəbinin nəzdində mövcud ağırlıqqaldırma zalının fəaliyyəti ilə də tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video