12 Noyabr 2024 17:53
396
SİYASƏT
A- A+
Rəcəb Tayyib Ərdoğan: Türkiyə 2053-cü ilədək emissiyaları sıfra endirməyi hədəfləyir  

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 2053-cü ilədək emissiyaları sıfra endirməyi hədəfləyir  

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirinə ən çox məruz qalan dövlətlər sırasındadır. Ölkəmiz 2053-cü ilədək atmosferə zərərli emissiyaların sıfra endirilməsi və ekoloji cəhətdən təmiz inkişaf məqsədinə uyğun olaraq iqtisadiyyatın əsas sahələrinin yaşıl transformasiyası istiqamətində mühüm addımlar atır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti çıxışına BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla təşkil olunması münasibətilə Azərbaycan dövlətinin başçısını təbrik etməklə başlayıb. “Səmimi qəbula və tədbirin uğurlu təşkilinə görə qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.

Siyasətçi Ankaranın Yaşıl Maliyyələşmə Strategiyasının həyata keçirilməsi və Milli Yaşıl Taksonomiyanın işlənib hazırlanması üzrə səylərinə diqqət çəkib. “Biz tezliklə parlamentə emissiyaların ticarət sistemini də ehtiva edən yeni iqlim qanun layihəsini göndərəcəyik”, - deyən Türkiyə lideri Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində Ankaranın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyinə (BMT İDÇK) ikiillik “Şəffaflıq Hesabatı” və ölkənin uzunmüddətli iqlim strategiyasının mətnini təqdim etdiyini qeyd edib.

Prezident qeyd edib ki, Türkiyə 2024-2030-cu illər üçün İqlim dəyişmələrinin yumşaldılması və onlara uyğunlaşma üzrə Fəaliyyət Planını həyata keçirir. Bununla yanaşı, ölkənin enerji sektorunda bərpaolunan enerji mənbələrinin payı 59 faizə çatıb.

“Atmosferə zərərli emissiyaların sıfra endirilməsi məqsədinə nail olmaqda əsas prioritetlərimiz bərpaolunan enerji mənbələrinə arxalanmaq, enerji səmərəliliyini və nüvə enerjisini artırmaqdır”, - deyə Türkiyə lideri bildirib.

Bundan əlavə, Prezident Ərdoğan dünya ölkələrini Ankaranın 2026-cı ildə Türkiyədə COP31-ə ev sahibliyi etmək təklifini dəstəkləməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya və Bolqarıstan Şengenə tam üzv olurlar

15:52
12 Dekabr

Avropa İttifaqı Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasını təsdiqləyib

15:48
12 Dekabr

Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisinin başa çatacağı tarix açıqlanıb

15:47
12 Dekabr

Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub

15:47
12 Dekabr

Xarici İşlər Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

15:46
12 Dekabr

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Liderin məzarını ziyarət ediblər

15:44
12 Dekabr

Laçında “Heydər Əliyev. Zamanın fövqündə” sənədli film nümayiş olunub

15:43
12 Dekabr

Əli Əsədov: MDB-nin mədəniyyət paytaxtı statusu Laçına mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etmək imkanı verəcək

15:41
12 Dekabr

Maykl Makfol: Kiyev NATO-ya üzv olmaq üçün bəzi ərazilərdən imtina etməlidir

15:40
12 Dekabr

Anar Quliyev: Bakının ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumuna hazırlıq başlayıb

15:39
12 Dekabr

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım gününü silsilə tədbirlərlə qeyd edib

15:39
12 Dekabr

Komitə sədri: Bir neçə ünvanda qəzalı binalar müəyyən olunub

15:37
12 Dekabr

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

14:47
12 Dekabr

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

14:45
12 Dekabr

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

14:45
12 Dekabr

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə bağlı indiyədək üç minə yaxın şəxsin namizədliyi irəli sürülüb

14:44
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

14:44
12 Dekabr

Ombudsman Aparatının əməkdaşları Ümummilli Liderin xatirəsini anıblar

14:43
12 Dekabr

Komitə sədri: Hazırda 16 baş plan üzərində iş gedir

14:41
12 Dekabr

Ümummilli Liderin İstanbulda ucaldılmış abidəsi ziyarət olunub

14:41
12 Dekabr

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub

14:39
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!