20 Yanvar 2022 11:25
763
SİYASƏT
A- A+

Rafael Qrossi: Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik üçün çox vacib tərəfdaşdır

 

Xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər qarşılıqlı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı əməkdaşlıq məsələləri və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin qlobal nüvə silahının yayılmaması rejimində əhəmiyyətindən bəhs edib, Agentliyin bu sahədə roluna toxunub. Yayılmama və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində AEBA verifikasiya sisteminin əhəmiyyətinə toxunan nazir Bayramov, Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün səyləri dəstəklədiyini bildirib.

Nazir, həmçinin nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında Agentliyin əsas rol oynadığını nəzərə alaraq və yüksək qiymətləndirərək, Azərbaycanın möhkəm qanunvericilik bazasına malik hərtərəfli milli ixraca nəzarət sistemi yaratdığını qeyd edib.

Agentliyin texniki əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsində göstərdiyi davamlı səylər təqdir edilib. Azərbaycanın AEBA ilə son illər tibb sahəsində xərçənglə mübarizə, kənd təsərrüfatında pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı layihələr çərçivəsində əməkdaşlığından bəhs edilib, ətraf mühit sahəsində də əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.

Ermənistan tərəfindən köhnə texnologiyalı AES-in istismarında təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarətin vacibliyi vurğulanıb.

Baş direktor Qrossi Azərbaycanın Agentlik üçün çox vacib tərəfdaş olduğunu və bir çox sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırda həyata keçirilən birgə əməkdaşlıq layihələrini qeyd edən baş direktor, ətraf mühitin qorunması sahəsində Azərbaycanla Agentlik arasında əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video