16 Sentyabr 2022 09:56
650
İDMAN
A- A+

Qurban Qurbanov: Xalqımız bizdən qələbə gözləyirdi

 

Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Allah şəhidlərimizə rəhmət etsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bunu bizdən gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” komandasını Bakıda 3:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, futbol barədə düşünmək istəsək də, mümkün deyildi. İstər-istəməz cəbhədə baş verənlər müzakirə olunurdu. Rəqibin pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Təcrübə futbolçulara kömək etdi. Əlavə nə isə etdiyimi desəm, doğru olmaz. Daim futbolçuların yanında olduğumu demişəm. Bu oyunlardan ləzzət aldığımızı deyə bilmərəm. Sadəcə, Allahdan bu görüşü üzüağ başa vurmağı istəyirdim. Çox şükür, hər şey bizim tərəfimizdə oldu. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün uduza da bilərdik. Bəlkə də, Bakıda oynamağımız bizim üçün yaxşı oldu. Bütün xalqımız bizimlə idi.

Növbəti mərhələyə vəsiqə qazanmağı çox istədiklərini bildirən Q.Qurbanov deyib ki, amma rəqiblərimiz bəllidir. Hər biri çox ciddi və iddialıdır. Bizə daha ciddi yanaşırlar. Nə qədər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışacağıq. Futbolçularım çox istəklidirlər. Pley-offa çıxmaq istəyirik.

“Ölkədəki bütün klubların azarkeşlərinə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Əvvəlki oyunlarda da bunu hiss etmişəm. Çox mehriban xalqıq. Dostluqda çox möhkəmik”, - deyə baş məşqçi əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video