22 Yanvar 2023 01:15
398
Fərmanlar
A- A+

"Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 13 iyun tarixli 720 nömrəli və "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi  haqqında" 2006-cı il 17 aprel tarixli 388 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) "orqan (qurum)" dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 381; 2003, № 9, maddə 478; 2014, № 7, maddə 823; 2015, № 10, maddə 1125; 2016,  № 8, maddə 1384; 2017, № 3, maddə 368; 2020, № 8, maddə 1031) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə "və 3-cü maddəsinin 2-1-ci hissəsində" sözləri ", 3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər üç halda) hissələrində" sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 2.2-1-ci və 2.4-1-ci bəndlər əlavə edilsin:
"2.2-1. həmin Qanunun 3-cü maddəsinin 
2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";
"2.4-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) "orqan (qurum)" dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;".
4. "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 7, maddə 1222; 2020, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
4.1. preambulada "müəssisələri" sözü "hüquqi şəxsləri" sözləri ilə əvəz edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları" üzrə:
4.2.1. 2.1-ci bənddə "müəssisələr" sözü "hüquqi şəxslər" sözləri ilə əvəz edilsin;
4.2.2. 2.5-ci bənddə "müəssisələrin" sözü "hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;
4.2.3. 2.8-ci və 2.9-cu bəndlərdə "müəssisənin" sözü "hüquqi şəxsin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video