10 Iyun 2022 23:10
736
Mədəniyyət
A- A+

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə ikinci plenar iclası keçirilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi plenar iclasda qurumun Təhsil sektoru, “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava, eləcə də Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrinin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, plenar iclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyasının keçirilməsinin planlaşdırıldığını bildirərək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzvlüyə namizəd ölkələrə uğurlar arzulayıb. O, pandemiyadan qaynaqlanan problemlər, yeni endemik xəstəlik, iqlim böhranı, dünyada mövcud düşmənçilik kimi problemləri qeyd edərək, bəşəriyyətin problemlərinin heç vaxt bitmədiyini deyib. Həmçinin sosial bərabərsizlikdən, gender bərabərliyindən söz açıb, COVID-19 pandemiyasının yaratdığı problemlərdən danışıb.

Daimi nümayəndə bildirib ki, təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silahdır. Bu gün dünyanın hər yerində təhsilə bərabər çıxış təmin olunmalıdır.

Sonra UNESCO-nun “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava çıxış edib və daimi nümayəndələrin suallarını cavablandırıb.

Plenar iclasda Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi işlərdən də söz açılıb. Həmçinin ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub.

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video