21 Sentyabr 2022 09:59
940
Mədəniyyət
A- A+

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti iclası keçirilib

 

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə üçüncü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi iclasda Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra cari ilin iyun ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.

QH ölkələrinin səsinin UNESCO platformasında daha yaxşı eşidilməsi üçün, İcraiyyə Şurasında QH ölkələrinin səfirlərinin Koordinasiya Qrupunun yaradılması xatırladılaraq bildirilib ki, 2022-ci ilin oktyabr ayında keçiriləcək İŞ-nin 215-ci sessiyası zamanı Hərəkat üzvlərinin maraqlarına uyğun olaraq, Sədr tərəfindən müəyyən mövzular üzrə çıxışlar ediləcək. Bir sıra səfirlər qeyd olunan təşəbbüsü təqdir edərək dəstəklərini ifadə edib.

İclasda həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video