21 Avqust 2022 00:15
1195
Səhiyyə
A- A+

Qızılı qumun faydası

Dəniz suyu ilə yanaşı, dəniz qumunun da insan orqanizmi üçün çox faydası var.

İsti qumla müalicə psammoterapiya adlanır. Vaxtilə qədim Misir, Yunanıstan və Romada istifadə edilən bu müalicə üsulu haqqında Qalen, Herodot və İbn Sina yazıblar. Qumun bəzi fiziki-kimyəvi xüsusiyyətləri onu müalicəvi vasitəyə çevirir. Günəş şüaları və ya süni qızdırıcılar vasitəsilə qızdırılan qum istiliyi asanlıqla mənimsəyir və onu yavaş-yavaş ətraf mühitə qaytarır. Qumun üzərində uzananda dərialtı toxumaların, oynaq və əzələlərin hərarəti yüksəlir, mübadilə prosesləri və şlakların bədəndən xaric olması sürətlənir. Qum çox hidroskopik olduğuna görə, bədəndən xaric olan təri udur və orqanizmi istivurmadan qoruyur.

Mütəxəssislər revmatizm xəstələrinin müalicəsi üçün isti qum vannasını tövsiyə edir. Dənizdə olan bütün duzları, mineralları və vitaminləri özündə ehtiva edən bu qum oynaq ağrılarının təbii müalicəsi kimi istifadə olunur. Tərkibi D vitamini ilə zəngindir.

Yaş dəniz qumu üzərində bir saatlıq gəzinti gün ərzində qəbul edilən qidaların səbəb olduğu damarların tıxanmasının qarşısını alaraq qan dövranını tənzimləyir. Ürək xəstəlikləri riskini, eləcə də psixoloji pozğunluqları azaldır.

Qumun tərkibindəki minerallar dəri səthində zədələnmiş hüceyrələri yeniləyir, dəriyə parlaqlıq və hamarlıq verir. Antibakterial təsirə malik dəniz qumu dəridə qocalmağa səbəb olan hüceyrələrin sayını azaldır, onun elastikliyini artırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video