08 Oktyabr 2024 17:08
871
CƏMİYYƏT
A- A+
Qiymətləndiricilərin ixtisas imtahanına qeydiyyatı başa çatıb

Qiymətləndiricilərin ixtisas imtahanına qeydiyyatı başa çatıb

Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanına qeydiyyat başa çatıb. Bu barədə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

O, bildirib ki, imtahanda iştirak etmək üçün 147 şəxs qeydiyyatdan keçib:

Qiymətləndirmə fəaliyyətinin 9 istiqamətindən 7-si üzrə imtahanda iştirak etmək üçün sənədlər təqdim edilib. Ən çox qeydiyyat daşınar əmlakın qiymətləndirilməsi və daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi istiqamətləri üzrə olub. Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi və xidmətlərin qiymətləndirilməsi istiqamətləri üzrə sənəd təqdim edilməyib. Digər bütün istiqamətlər üzrə isə az da olsa, sənəd təqdim edənlər olub”.

“Hazırda oktyabrın 27-də keçiriləcək ixtisas imtahanları üzrə sual bankının hazırlanmasının yekunlaşması prosesi gedir”, - deyə V.Oruc əlavə edib.

Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə faliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

17:16
12 Noyabr

Rusiyalı nazir: Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biri də birgə universitetin açılmasıdır

17:14
12 Noyabr

COP29-un tacik iştirakçısı: İqlim dəyişiklikləri bütün dövlətlərin məsələsidir

17:12
12 Noyabr

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşüb YENİLƏNƏCƏK

17:11
12 Noyabr

Prezident İlham Əliyev Küveyt Dövlətinin Vəliəhdi ilə görüşüb YENİLƏNİB

17:11
12 Noyabr

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb YENİLƏNİB

17:10
12 Noyabr

Braziliyanın COP29-da nümayəndəsi: İqlim maliyyəsində həlledici rolu inkişaf etmiş ölkələr oynamalıdır  

17:08
12 Noyabr

Liberiyalı nümayəndə: Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı təcrübəsini hər zaman xatırlayacağıq  

17:07
12 Noyabr

Baş nazir: Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir  

17:06
12 Noyabr

Pakistanın İqlim Diplomatiyası Mərkəzinin prezidenti: Azərbaycan və Pakistan iqlim və davamlılıq sahəsində əməkdaşlığı gücləndirir  

17:05
12 Noyabr

ÜMT-nin nümayəndəsi: COP29 iştirakçılarının iqlim maliyyəsi üzrə razılaşma əldə edəcəklərinə ümid edirəm  

17:04
12 Noyabr

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib  

17:03
12 Noyabr

Sağlam qocalmaq üçün lazım olan yuxu miqdarı açıqlanıb

17:00
12 Noyabr

Hulusi Kılıç: COP29 qürur mənbəyi və Türk dünyasının uğurudur

16:58
12 Noyabr

Gürcüstanın Baş naziri: COP29 çox yüksək səviyyədə təşkil edilib

16:57
12 Noyabr

COP29 çərçivəsində Qazaxıstanın təbii ehtiyatlarının mühafizəsi üzrə Memorandum imzalanıb

16:55
12 Noyabr

COP29-un iştirakçısı: Yaponiya sıfır tullantılara doğru inamla irəliləyir və digər ölkələrə kömək edir  

16:53
12 Noyabr

Tacikistan nümayəndəsi: COP29-un təcrübəsi iqlim dəyişikliyi ilə mübarizədə bizim üçün faydalı olacaq  

16:53
12 Noyabr

Aİ Ukraynaya 1 milyon mərmi vermək planını ilin sonunadək yerinə yetirəcək  

16:52
12 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

16:50
12 Noyabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Qarabağa səfər edib

16:49
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!