26 Yanvar 2023 23:35
386
Səhiyyə
A- A+

Qışda dəriyə qulluq qaydaları

 

Sağlamlıq dəridən başlayır. Ona görə də fəsildən asılı olmayaraq onun təravətli və gözəl görünməsinə çalışmaq lazımdır. Qış aylarında dərinin quruması hər kəsin üzləşdiyi problem ola bilər. Dəri quruluğunun müxtəlif səbəblərdən yaranması mümkündür.

AZƏRTAC xəbər verir ki, dərinin qurumaması üçün görülməli tədbirlərdən bəhs edən kosmetoloq Zəhra Mütəllibova deyib: “Qış aylarında dəri mütləq nəm saxlanılmalıdır. Bu, həm yağlı, həm quru, həm də həssas dərilərə aiddir. Dəri üzərində SPF kremlərlə qoruyucu qat yaratmaq lazımdır. Həmin krem yay fəslində Günəş şüalarından qorumaqla yanaşı, qış fəslində də dəridə qoruyucu qat yaradır. Bu sahədə olan yanlışlıqlardan biri də isti duş qəbuludur. İsti duş dəridə olan quruluğu daha da qabardır”.

Onun dediyinə görə, təkcə üz dərisi deyil, orqanizmin xarici mühitlə təmasda olan əl və saç dərisi də quruya bilər. Ona görə də nəmləndirici kremdən istifadə etmək çox vacibdir.

Qışda ev şəraitində dəriyə qulluq etmək qaydaları barədə danışan kosmetoloq sadə bir resept də təklif edib: “Bir ədəd alma rəndələnir, onun üzərinə bir xörək qaşığı kəsmik əlavə edilib qarışdırılır, üzə maska çəkilərək 15-20 dəqiqə saxlanılandan sonra soyuq su ilə yuyulur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video