01 Noyabr 2024 08:55
2164
Elm və texnika
A- A+
Qış vaxtına keçək, yoxsa yayda qalaq?

Qış vaxtına keçək, yoxsa yayda qalaq?


Hər il oktyabrın və martın son bazar günü bəzi ölkələrdə saatların əqrəbi bir saat irəli və ya geri çəkilir. Bu siyahıda əvvəllər bütün ölkələrin adları olsa da, zaman içərisində onların əksəriyyəti bu və ya digər səbəblərdən yay və qış saat keçidindən imtina etdilər.

Saat əqrəblərinin mövsümi olaraq irəli və geri çəkilməsinin ideoloji ilhamvericisinin Benjamin Franklin olduğu bildirilir. O, Günəşin yüksəkdə olduğunu və insanların daha bir saat işləyə biləcəyini qeyd edərək, saatın əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yarandığını bildirmişdi. 1916-cı il aprelin 30-da əqrəblər bir saat irəli, 1916-cı il oktyabrın 1-də isə bir saat geri çəkilmişdir.

Saatın əqrəbləri ilk dəfə Birinci Dünya müharibəsi zamanı Almaniyada çəkilib. 1918-ci il martın 9-da ABŞ Konqresi elektrik enerjisi istehsal etmək üçün istifadə olunan yanacağa qənaət etmək məqsədilə yay vaxtından istifadəni tətbiq edib. 

Hazırda dünyanın təxminən 160-dan çox ölkəsində yay və qış vaxtına keçid tətbiq edilmir. Azərbaycan da uzun illərdir bu ölkələr sırasındadır. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə saat əqrəbinin irəli-geri çəkilməsi dayandırılıb, yəni ölkəmiz qış rejimində qalıb.


Avropada insanlar saat əqrəblərinin dəyişdirilməsinə qarşı çıxırlar


Avropa hələ ki, payız və yaz aylarında saat əqrəblərinin dəyişdirilməsi ənənəsini qoruyur. Lakin insanlar onun ləğvini tələb edirlər. Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə payızdan yaza və geriyə vaxt dəyişikliyini ləğv etmək vədini yerinə yetirmək tələbi göndəriblər.

"Araşdırmalar göstərir ki, vaxtın dəyişdirilməsi yuxu rejiminə mənfi təsir göstərir, infarkt və insult riskini artırır, yol qəzalarının sayının artmasına səbəb olur", - 60 deputatın məktubunda deyilir.

2018-ci ildə aparılan sorğu Avropa İttifaqı vətəndaşlarının 84 faizinin vaxtı dəyişməkdən yorulduğunu göstərib. Nəticədə Avropa Parlamenti onun ləğvinin lehinə səs verib və Aİ-nin ozamankı rəhbəri Jan-Klod Yunker bu qərarı həyata keçirəcəyinə söz verib. 2019-cu ildə Ursula fon der Lyayen Yunkerin yerinə keçib, onun vədini isə miras alıb.

Beynəlxalq araşdırmalar göstərir ki, saatların irəli-geri çəkilməsi heç də bütün ərazilərdə fayda vermir. Tropik və ekvatorial en dairələrində gündüzün uzunluğu il ərzində demək olar ki, dəyişmir. Qütblərdə, ona yaxın ərazilərdə uzun gecə və ya gündüzlər də bu addımı səmərəsiz edir.

Saatların irəli-geri çəkilməsi bəzi insanlara psixoloji, fizioloji və bioloji təsir edir. Belə ki, xüsusilə meteohəssas insanlar özlərini təxminən 10 gün narahat hiss edirlər. Onların birdən-birə bioloji saatları dəyişir. Yəni həmişə saat 8-də yuxudan durmağa öyrəşmiş, yaxud axşam 10-da yatmağa öyrəşmiş insan rejimini bir saat önə və yaxud da geri çəkmək məcburiyyətində qalır. Təbii ki, insanın potensial imkanları geniş olduğundan tədricən buna da öyrəşir.


Payız və yaz saat rejiminə keçid şimal ölkələri üçün uyğundur


Mütəxəssislər payız və ya yaz saatının daimi tətbiqinin mənfi tərəflərinin daha çox olduğunu bildirirlər. Ankara Universitetinin Tibb fakültəsinin alimləri yay saatının daimi tətbiqinin bioloji ritmi pozduğunu və bunun da hüceyrədəki DNT təmir mexanizmini zədələdiyini irəli sürüblər. Əgər DNT özünü bərpa edə bilmirsə, hüceyrə xərçəng hüceyrəsinə çevrilir. Onların fikrincə, Türkiyədə xərçəng xəstəliklərinin artmasının ən başlıca səbəblərindən biri də məhz yay vaxtının qalıcı olmasıdır. Beş-altı il öncə Türkiyədə 160 min xərçəng xəstəsi var idisə, indi 250 minə yaxındır.

Əslində, payız və yaz saat rejiminə keçidin ləğvinin əsas məqsədi elektrik enerjisinə qənaət idi. 2016-2017-ci illərdə həyata keçirilən ilk tətbiqdən sonra başda Türkiyənin Elektrik Mühəndisləri Palatası istehlak məlumatlarını araşdıraraq, təhlillər apararaq elektrik enerjisi istehlakında qənaət edilmədiyini ortaya çıxarıb. Qurum müraciətin ilk ilində elektrik enerjisi istehlakında əvvəlki ilin eyni aylarına nisbətən 7 milyard kilovat-saat artım olduğunu və bu artımın yalnız iqtisadi artım rəqəmləri ilə izah edilə bilməyəcəyini açıqlayıb. Məlum olub ki, ölkədə qış vaxtından imtina nəinki elektrik istifadəsinə qənaət etmədi, əksinə, istehlakın artmasına səbəb oldu.

Əslində, saatların irəli-geri çəkilməsində böyük problem olmadığı kimi, ciddi ehtiyac da yoxdur. Saat dəyişimi daha çox şimal ölkələrinə hansısa təsir göstərə bilər. O ölkələrdə açıq, işıqlı hava az olduğundan, saat dəyişimi nəticəsində daha çox günəş işığı görülür. Bütün bunlar nəzərə alınaraq demək olar ki, payız və yaz saatına keçidin ölkəmizin yerləşdiyi saat qurşağı səbəbindən ciddi əhəmiyyət kəsb etmir. Bizim üçün müsbət olmadığı kimi, mənfi tərəfi də yoxdur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hava çirkliliyi depressiya riskini artırır

15:54
12 Dekabr

Bayden 39 nəfəri əfv edib

15:53
12 Dekabr

Rumıniya və Bolqarıstan Şengenə tam üzv olurlar

15:52
12 Dekabr

Avropa İttifaqı Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasını təsdiqləyib

15:48
12 Dekabr

Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisinin başa çatacağı tarix açıqlanıb

15:47
12 Dekabr

Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub

15:47
12 Dekabr

Xarici İşlər Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

15:46
12 Dekabr

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Liderin məzarını ziyarət ediblər

15:44
12 Dekabr

Laçında “Heydər Əliyev. Zamanın fövqündə” sənədli film nümayiş olunub

15:43
12 Dekabr

Əli Əsədov: MDB-nin mədəniyyət paytaxtı statusu Laçına mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etmək imkanı verəcək

15:41
12 Dekabr

Maykl Makfol: Kiyev NATO-ya üzv olmaq üçün bəzi ərazilərdən imtina etməlidir

15:40
12 Dekabr

Anar Quliyev: Bakının ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumuna hazırlıq başlayıb

15:39
12 Dekabr

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım gününü silsilə tədbirlərlə qeyd edib

15:39
12 Dekabr

Komitə sədri: Bir neçə ünvanda qəzalı binalar müəyyən olunub

15:37
12 Dekabr

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

14:47
12 Dekabr

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

14:45
12 Dekabr

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

14:45
12 Dekabr

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə bağlı indiyədək üç minə yaxın şəxsin namizədliyi irəli sürülüb

14:44
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

14:44
12 Dekabr

Ombudsman Aparatının əməkdaşları Ümummilli Liderin xatirəsini anıblar

14:43
12 Dekabr

Komitə sədri: Hazırda 16 baş plan üzərində iş gedir

14:41
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!