Qeyri neft-qaz sənayesində məhsul istehsalı artıb
İxracda da bu sahənin payı az deyil
Dünya iqtisadiyyatında koronavirus pandemiyası səbəbindən baş vermiş geriləmə tam aradan qalxmamış Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyatın başının üstünü kəsdirib. Pisi də odur ki, hələlik bu qarşıdurmanın nə qədər davam edəcəyi bilinmir.
Dünyanın tanınmış beynəlxalq səviyyəli mütəxəssisləri qeyd edirlər ki, proses uzansa, dünya yenidən növbəti iqtisadi böhrana daxil ola bilər, özü də daha üzunömürlüsünə. Hazırda məlum səbəblərdən neft və qazın qiyməti yüksək səviyyəyə çatıb. Xüsusilə qazın qiymətinin (1000 kubmetrinin) 2 min dollardan yüksək olması Avropa ölkələrini rahatsız edir. Avropa isə dünyanın ən çox məhsul istehsal edən regionlarından biridir. O üzdən "qoca" qitədə böhran başlasa, bütün dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.
Azərbaycana gəldikdə, onu vurğulayaq ki, zamanında aparılan iqtisadi islahatlar sayəsində ölkəmiz dinamik inkişafdan qalmır. Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkə üzrə ÜDM istehsalı 6,2, o cümlədən neft-qaz sektorunda 0,2, qeyri neft-qaz sektorunda 9,6 faiz artmışdır.
Yaranan əlavə dəyərin 53,3 faizi sənayedə qeydə alınmışdır. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 6 ay ərzində 42,2 milyard manatlıq və ya ötən ilin müvafuq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulları istehsal olunmuşdur. Bu sahə üzrə neft-qaz sektorunda məhsul istehsalı 0,6, qeyri neft-qaz sektorunda 11,5 faiz artım qeydə alınmışdır. DSK-nin məlumatına əsasən, hesabat dövründə sənaye məhsullarının 75,7 faizi mədənçıxarma, 20,4 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir.
Sənaye sektorunda özəl müəssisələrin məhsul istehsalındakı payı ildən-ilə artmaqdadır. Belə ki, ilin birinci yarısında istehsal olunan sənaye məhsullarının 88,5 faizi qeyri-dövlət sektoruna məxsusdur. Həmin dövrdə ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalı, 5,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşmışdır. Qeyri-neft sənayesindən söz düşmüşkən onu da bildirək ki, bu sahə üzrə məhsul istehsalı və ixracının dinamikasında ciddi artım var. Cari ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracının dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9, real ifadədə 17,5 faiz artaraq 1 milyard 188,1 milyon dollara çatmışdır.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatları istehsalının xüsusi çəkisi qeyri neft-qaz sənayesində daha yüksəkdir. Hesabat dövründə həmin sahələrdə 1 milyard 146,6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsulları üzrə 2,1 dəfə, kimya sənayesi məhsulları üzrə 20,4, rezin və plastik kütlə məmulatları istehsalı üzrə 10,1 faiz çoxdur.
Tikinti materialları istehsalı sənayenin qeyri-neft sektorunda yüksək paya malik olan sahələrdəndir. Cari ilin birinci yarısında burada 520,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu da ötən ilin müvafiq dövründəki göstəricini 33,4 faiz üstələyir.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı da seçilən sahələrdəndir. Bu sahə üzrə hesabat dövründə 821,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hazır metal məmulatlarının istehsalında 88,9, poladtökmədə 55,9 faiz artım müşahidə edilmişdir.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib...
23 Aprel
Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşd...
23 Aprel
Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib...
23 Aprel
Stoltenberq Donald Tusk və Rişi Sunakla görüşəcək - Varşavada
23 Aprel
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lis...
23 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı...
23 Aprel
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul edib
23 Aprel
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yan...
23 Aprel
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel
Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!