Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Regionda vəziyyəti nəzarətə almaq üçün Ermənistan silahlandırılır
"Qərb Ermənistandan alət kimi istifadə etməyə çalışır. Məqsəd də odur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin, sonra isə hansısa NATO blokuna qoşulsun və ya NATO dövlətləri ilə silah alqı-satqısı barədə əməkdaşlıq etsin".
Bu fikirləri "Azərbaycan" qəzetinə siyasi şərhçi Arzu Nağıyev deyib. O qeyd edib ki, Qərbin bugünkü davranışları Rusiyaya qarşı yönəlmiş addımlardır. Qərb Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışır və bu istiqamətdə "səy"lərini davam etdirir. "Təbii ki, bütün bu addımlara Rusiya adekvat cavab verməlidir, çünki bu gün regionda silahların artması təhlükəli vəziyyət yaradır. Qərb bir sıra ərazilərdə məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Son olaraq Ukrayna nümunəsində bunu görə bilərik. İndi isə Cənubi Qafqazı öz nəzarətlərində saxlamağa, ümumilikdə isə bütün proseslərə nəzarət etməyə çalışırlar. Bunun üçün isə Ermənistandan istifadə edilir. Çünki Azərbaycan və Gürcüstan onların diktəsini qəbul etmir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında, sülh müqaviləsinin imzalanmasında da hansısa vasitəçiyə ehtiyac duymur. Bir müddət öncə bunun delimitasiya və demarkasiya məsələlərində də şahidi olduq", - deyə o əlavə edib.
A.Nağıyev bildirib ki, ən mühüm məsələlərdən biri də İranın buna reaksiya verməməsidir. Bu qədər NATO silahları regiona gətirildiyi halda İran hələ də susur. Azərbaycan bütün gedişatları izləyir. BMT, digər təşkilatlar başa düşməlidirlər ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan ona qarşı atılan addımlara adekvat cavab vermək imkanına malikdir. Regionda yaşanan hazırkı problemlər gələcəkdə alovlanacaq münaqişə ocaqlarını söndürməyə imkan verməyəcək. Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyəti, Azərbaycanın müstəqil siyasətini qəbul etməmək regionda vəziyyəti gərginləşdirə bilər.
Ekspert vurğulayıb ki, Ermənistan öz gücünə nə Yaponiyadan, nə də Koreyadan bu qədər silah almaq iqtidarındadır: "Bunun üçün mütləq şəkildə ciddi maliyyə dəstəyi lazımdır. Rəsmi İrəvanın tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almasında məqsədi nədir? Bütün bunlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə heç vaxt təsir edə bilməz. Ölkəmiz bütün təhdidlərin qarşısını almağa qadirdir, bu potensiala malikdir".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Qazaxıstanda referendum keçirilir
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
ABŞ-nin riyakarlığı
Azərbaycan sabitlik məkanıdır
Eviniz mübarək, eliniz abad olsun
Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub
BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!