10 Dekabr 2024 13:54
282
SİYASƏT
A- A+
Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb  

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb  

Qərbi Azərbaycan İcması 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb.

İcmadan AZƏRTAC-a daxil olan bəyanatda deyilir: "Ermənistan tərəfindən doğma yurdlarından zorla çıxarılmış çoxsaylı azərbaycanlıları özündə birləşdirən və onların qayıdış hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq biz 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Gününə xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik. İnsan hüquqlarının universal əsaslarını təşkil edən və bizim qayıdış hüququmuzun da mənşəyi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis olunmuş Ümumdünya İnsan Hüquqları Günü bizim haqq işimiz üçün mühüm istinad nöqtələrindən biridir.

Bu mühüm gündə Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə insan hüquqlarını kobud şəkildə pozmağa davam etməsindən dərin narahatlığımızı bir daha bildiririk.

Həmçinin bəzi xarici ölkələrin etnik və dini ayrı-seçkilik siyasəti nəticəsində bütövlükdə Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşməsindən ciddi narahatlığımızı bildiririk. Əlavə narahatedici hal ondan ibarətdir ki, bu ölkələr azərbaycanofob, ayrı-seçkilik siyasətlərini “insan hüquqları” adı altında pərdələməyə çalışırlar. İnsan hüquqlarına ən böyük zərbəni məhz bu cür ikiüzlü siyasətlər vurur. Biz mahiyyətcə irqçi olan bu yanaşmaları qətiyyətlə pisləyir, bu cür hərəkətləri ifşa etmək üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyimizi bildiririk.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoymasını və bununla da yüz minlərlə keçmiş məcburi köçkünün hüquqlarının bərpasını alqışlayırıq. Həmçinin qeyd etməliyik ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların dinc şəkildə qayıdış hüququnun təmin edilməsisahəsində göstərdiyi səylər, o cümlədən İcmamız tərəfindən dekabrın 5-6-da keçirilmiş qayıdış hüququna dair ikinci beynəlxalq konfransa göndərdiyi tarixi müraciəti bizim qayıdış hüququmuza və bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin icrasına böyük töhfədir.

Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdışı sahəsində davam edən səyləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xidmət edən mühüm töhfə kimi alqışlamağa və dəstəkləməyə çağırırıq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

21:42
25 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

21:39
25 Yanvar

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

21:35
25 Yanvar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

20:53
25 Yanvar

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

20:33
25 Yanvar

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

20:28
25 Yanvar

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

20:24
25 Yanvar

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

19:38
25 Yanvar

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

18:57
25 Yanvar

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

18:31
25 Yanvar

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

18:09
25 Yanvar

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

17:51
25 Yanvar

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb  

17:34
25 Yanvar

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı təşkil olunub

17:09
25 Yanvar

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

16:49
25 Yanvar

Gözə kül üfürməyə ehtiyac yoxdur

16:42
25 Yanvar

Münxendə 23 polis avtomobili yandırılıb  

16:20
25 Yanvar

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

15:45
25 Yanvar

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

15:32
25 Yanvar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

15:11
25 Yanvar

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

15:06
25 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!