01 Oktyabr 2022 19:26
457
CƏMİYYƏT
A- A+

Qələbəyə böyük inam var

 

"Ötən il yeniyetmə və gənclərin Avropa çempionatı bizim üçün uğurlu olmuşdu. Monteneqroda 17 medal qazanmışdıq. Bunlardan 5-i qızıl, 5-i gümüş və 7-si bürünc medal idi". Bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev açıqlamasında bildirib.
3-8 oktyabr tarixlərində İtaliyanın Yezolo şəhərində keçiriləcək uşaq, yeniyetmə və gənclərin dünya çempionatına AKF 47 nəfərlik heyətlə yola düşüb. Bunlardan 38-i idmançı, 6-sı məşqçi, 1-i hakim, 1-i vitse-prezident və 1-i baş katibdir.
O.Əliyev dünya çempionatında medal gözlədiyi idmançıların adlarını açıqlayıb: "İnşallah, bu il nəticəni daha da yaxşılaşdırıb ən azı 7-8 qızıl medal almağı hədəfləyirik. Medal gözlədiyimiz idmançılar sonuncu İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Amil Məmmədov, həmin yarışın iştirakçısı Mahmud Hüseynov, gənclər arasında dünya və Avropa çempionu Amin Quliyev, Elvin Məmmədov, Ramal Zeynallı, Vüqar Məmmədov, Sübhan Məmmədov, Nicat Ələkbərli və Elnur Mustafayevdir. Onlar gənc olsalar da, artıq təcrübəli idmançılardır".
AKF prezidenti noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək böyüklərin Avropa çempionatı ilə bağlı da fikirlərini bildirib:
"Ora da tam heyətlə getməyi düşünürük. Artıq Azərbaycan yığması ilk "3-lük"də yer alır. İnanıram ki, Avropa çempionatında da yeni çempionların adlarını eşidəcəyik. Yığma komandada təcrübəli dünya ve Avropa çempionları ile yanaşı, artıq illərdir millinin şərəfini qoruyan idmançılarımız var. Bunlardan Elxan Əliyev Avropa ikincisi və İslamiadanın bürünc medalçısı olub. Ondan bu il qızıl medal gözləyirem. Camal Məmmədov da illərdir dünya ve Avropa çempionatlarında gümüş medal qazanır. Onun bu dəfə medalın əyarını qızıla çevirəcəyinə inanıram. Gənclər arasında dünya və Avropa çempionu, perspektivli idmançılardan olan Məhəmməd İmanovdan da böyüklər arasında qızıl medal gözləyirəm".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video