07 Sentyabr 2024 09:15
2092
Oxucu məktubları
A- A+
Qaş düzəltdikləri yerdə göz çıxarıblar

Qaş düzəltdikləri yerdə göz çıxarıblar

 

Təxminən 10-15 il əvvəl kəndimizə içməli su verildi. Kəndimizi ikiyə bölüb üzü cənuba doğru axan Akkuşa çayının sahilində xarici ölkədən gətirilmiş sudurulducu qurğu quruldu. Buradan isə kəndin ayrı-ayrı yerlərinə yeraltı polietilen borularla xətlər çəkildi, bulaqlar tikildi. 
Mənbəyini Kür çayından götürən Akkuşa çayının boz-bulanıq suyu tam təmizlənərək həmin bulaqlara ötürülürdü. Əhali ekoloji cəhətdən təmiz olan bu sudan istifadə edərək dövlətimizə, belə savab işi görənlərə dua edirdi. Axı bu yerlərin sakinləri yüz illər boyu bulanıq sudan istifadə etmişdilər. 
Lakin bəzi səhlənkar və məsuliyyətsiz adamların günahı üzündən biz yenə əvvəlki vəziyyətə düşmüşük. Bulaqlarımız quruyub. Yenə bulanıq sudan istifadə etməli olmuşuq. Yaranan vəziyyətlə əlaqədar dəfələrlə "Azərsu" ASC-nin 3 saylı Regional Su-Kanal İdarəsinin Salyan rayonundakı sahəsinin rəhbərliyinə müraciət etmişik. Cavab veriblər ki, yaranmış vəziyyəti bilirik. Səbəb 48 saylı Lənkəran Yol İstismarı İdarəsinin 2023-cü ilin iyul ayında kəndarası yollarda asfalt çəkilişi zamanı Şorsulu kəndində 11 bulağı və 46 saylı Cəlilabad Yol İstismarı İdarəsinin həmin nümayəndəliyə daxil olan Boranıkənd kəndində 15 bulağa gedən yeraltı boru xətlərini zədələyərək sıradan çıxarmalarıdır. 
Yol çəkmək, asfalt işi görmək savab iş sayılır. Ancaq, necə deyərlər, gərək elə edəsən ki, qaş düzəltdiyin yerdə vurub göz çıxarmayasan. Belə bir yarıtmaz işin nəticəsidir ki, bir ildən çoxdur içməli su üzünə həsrət qalmışıq. Su işçiləri isə deyirlər ki, yol idarələrinə dəfələrlə yazılı və şifahi şəkildə müraciətlər etmişik. Cavabları bu olub ki, gəlib xətləri bərpa edəcəyik. Amma gün keçir, ay dolanır, il dəyişir, ortada heç bir nəticə yoxdur. 

İlyas KƏRİMOV, 
Məhərrəm ABIŞOV,
Salyan rayonu, Şorsulu inzibati ərazi nümayəndəliyinin Boranıkənd kənd sakinləri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

15:24
07 Oktyabr

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

15:00
07 Oktyabr

5000 illik qəbir aşkar edilib

14:40
07 Oktyabr

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

Okeanın dibində nəhəng asteroid aşkarlandı

12:15
07 Oktyabr

Afrikada meymunçiçəyinə yoluxma artıb

11:58
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!