“Qarşı tərəf təxribat etməzdən əvvəl başına endiriləcək “dəmir yumruğu” fikirləşməlidir” – Laçından REPORTAJ VİDEO
Müdafiə Nazirliyi işğaldan azad olunmasının birinci ildönümü ilə əlaqədar Laçına mediatur təşkil edib. Mediaturda iştirak edən AZƏRTAC-ın müxbiri təəssüratlarını qələmə alıb, azad olunan torpaqlarda çəkilişlər aparıb. Müxbirimizin təəssüratlarını təqdim edirik.
İlk dəfə Laçında olmağıma baxmayaraq söhbətlərdən, yazılardan buranı qiyabi də olsa tanıyırdım. Laçın haqqında eşitdiklərimdən biri də o idi ki, buraların dağlarından duman-çən əskik olmur. Amma gördüyüm mənzərə fərqli idi. Payız fəsli olmasına baxmayaraq, Günəş öz parlaq şüasını hələ də bu yerlərdən əsirgəmirdi. Sanki təbiət də Laçının işğaldan azad olunması gününü - dekabrın 1-ni qeyd edir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Laçın rayonu 28 ildən sonra erməni işğalından azad edildi. Üçtərəfli bəyanata əsasən, Laçın rayonu bir güllə atılmadan erməni silahlı qüvvələrindən təmizləndi və Azərbaycana qaytarıldı.
Media-tur çərçivəsində Laçının bir neçə kəndində və döyüş mövqelərində olduq. Yol boyu gördüklərimiz ondan ibarət idi ki, vandallar tarixi abidələri, təbii sərvətləri, evləri darmadağın ediblər.
Viran qoyulmuş Laçınımızı ürək ağrısı ilə seyr edərək döyüş mövqelərimizə yola düşdük. Burada xidmət edən əsgərlərimiz yüksək əhval-ruhiyyədə idilər. Döyüş mövqeyində xidmət aparan əsgər Famil Yaqubov bildirdi ki, qarşı tərəfin istənilən hərəkəti daim əsgərlərimizin nəzarəti altındadır. Şəxsi heyətin qarşı tərəfin təxribatına hazır olduğunu deyən hərbi qulluqçumuz topraqlarımızın mühafizəsində ayıq-sayıq durduqlarını əlavə etdi.
Döyüş mövqeyi komandiri baş leytenant Qurbanlı ilə söhbət zamanı dedi ki, 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak edib: “44 günlük döyüşlərdə qələbə qazanmağımızın ən başlıca səbəbi Müzəffər Ali Baş Komandanın düzgün hərbi strategiyası və xalqımızın ordumuza verdiyi dəstəkdir. Bu gün də müxtəlif döyüş mövqeyində xidmət edən əsgər və zabitlərimiz yüksək əhval-ruhiyyəyə sahibdirlər. Bu səbəbdən qarşı tərəf təxribat etməzdən əvvəl başına endiriləcək “dəmir yumruğu” fikirləşməlidir”.
Əsgər və zabitlərimizin mürəkkəb coğrafi relyefə malik ərazidə xidmət etmələrinə baxmayaraq, maddi-texniki təminatları yüksək səviyyədədir.
Sonra yol boyu xalq qəhrəmanı Sultan bəy Sultanovun yurdu olan Laçının bir neçə kəndindəki mənzərə ilə tanış olduq. Erməni vandalları sanki yüz il bundan əvvəlki acı məğlubiyyətlərinin heyfini Laçını viran qoymaqla çıxıblar. Xatırladım ki, Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələri 1918-ci ildə erməni daşnaklarının təxribatlarına cavab olaraq bölgədəki kəndlərimizin mühafizə edilməsində müstəsna xidmətlər göstərmiş, Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilmişdi. Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlubiyyətə uğradılmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdi. Bununla da daşnakların Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst olmuşdu. Yüz ildən sonra isə ermənilər yenidən ağır zərbə aldılar. Bu dəfə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə...
İyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda bu gün yenidən üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından olan Laçının bir güllə belə atmadan erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
24 Aprel
Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib
24 Aprel
Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin...
24 Aprel
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
24 Aprel
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşək...
24 Aprel
Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur
24 Aprel
Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır
24 Aprel
Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək ar...
24 Aprel
Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər
24 Aprel
Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!