Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunub
Tarixçi alimlər Ramin Əlizadə və Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabı nəşr olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudovdur.
Yaqub Mahmudov kitaba yazdığı “Tarixi həqiqətə doğru gərəkli və uğurlu addım” adlı ön sözdə bu fikirləri bildirib: “Heç bir ilk mənbədə “Albaniya” sözünün önündə “Qafqaz” sözü yoxdur. Amma çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan Albaniya dövləti “Qafqaz Albaniyası” adı ilə təqdim edilib. Bundan başqa, o vaxt Albaniya tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda “xristiandırsa, türk deyildir” prinsipi də hakim mövqe tutub. Məqsəd isə aydın idi: Azərbaycan xalqının ulu babaları olan türk boylarının rolunu Albaniya tarixindən silib atmaq! Ovaxtkı saxtakarlığı hazırda erməni millətçiləri və onların havadarları davam etdirir və iddia edirlər ki, guya müasir Azərbaycan Respublikasının ərazisi tarixən Azərbaycana məxsus olmayıb. Həqiqət isə belədir: Azərbaycan Respublikası Albaniya dövlətinin tarixi varisidir. Bu ərazidə xalqımızın zəngin dövlətçilik tarixi var və biz burada Azərbaycan Xalq Cümhuriyyətini yaratmışıq. Ona görə də “Azərbaycan” və “Albaniya” sözlərini bir-birindən ayırmaq əsla qəbuledilməzdir! Və bu tədqiqat göstərir ki, Azərbaycan Albaniya dövlətinin tarixində mühüm rol oynamış xristian türk boylarının, o cümlədən qıpçaq türklərinin tarixinin daha dərindən araşdırılmasına böyük ehtiyac vardır”.
Yeni nəşrdə Qarabağın alban-qıpçaq tarixi ilə bağlı həm ziddiyyətli məqamlara aydınlıq gətirilir, həm də erməni saxtakarlıqlarına tutarlı cavab verilir. Nəşrə həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar daxil edilib.
Əsərdə sübut edilir ki, Qarabağın qədim alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur. Əsl həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
Kitabda qeyd edilir ki, alban-qıpçaq etnik-mədəni əlaqələri XII əsrdən etibarən daha sıx xarakter alıb. Xüsusilə də Alban-Xaçın knyazlarının onlara soykök baxımından qohum olan tanınmış qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirib. Maraqlıdır ki, xristian qıpçaq xatunlar Qarabağda da türklüklərini simvolizə edən xatun titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və müxtəlif türk boylarının adları bunu bir daha təsdiq edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
28 Mart
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib...
28 Mart
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mart
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
28 Mart
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mart
FTX terror aktının təşkilində şübhəli bilinən ukraynalını saxlayıb
28 Mart
BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib
28 Mart
ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək
28 Mart
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
28 Mart
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!