Qara məni basınca...
Kütləvi informasiya vasitələrini (sözsüz ki, söhbət peşəkarlardan gedir) cəmiyyətin güzgüsü hesab edənlər haqlıdırlar. Çünki məhz kütləvi informasiya vasitələri dövrün tarixini yazmaqla yanaşı, həm də ətrafda mövcud olan, baş verən neqativ halları ictimailəşdirərək cavabdeh qurumların və şəxslərin diqqətinə təqdim edir.
Məsuliyyəti olan, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışanlar tənqiddən nəticə çıxarıb onu aradan qaldırır, işinin yalnız şəxsi maraqlarını təmin etməkdən ibarət olduğunu düşünənlərsə ən müxtəlif yollar və bəhanələrlə, bəzən də şantaja əl atmaqla özlərini təmizə çıxarmaq istəyirlər.
Qəzetimizin 2022-ci il 28 yanvar tarixli nömrəsində Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəki mədəniyyət evində yerləşən kitabxana haqqında "Soyuqda kitabxanaya gələn yoxdur" başlıqlı kiçik replika dərc olunmuşdur. Məzmunu da sərlövhədən göründüyü kimi, ondan ibarət idi ki, kitabxana qızdırılmadığından qış aylarında oxucuların ayağı oradan tamam çəkilir. Bu məsələni ictimailəşdirməkdə məqsədimiz ortadadır - istəmişik ki, kitabxananın təkcə oxucularını yox, həmçinin işçilərini illərdir narahat edən istilik problemi həll olunsun.
Pislik etməmişik ki?!
Amma görün əvəzində kitabxananın müdiri Tamaşa Aslanova tabe olduğu Gəncə Regional Mədəniyyət İdarəsi ilə birləşib redaksiyamızın bu xeyirxah məramını hara yozmağa cəhd etmişdir?! Guya qəzetimizin əməkdaşı sözügedən replikanı təkrar etmək istəmədiyimiz səbəbdən qərəzlə qələmə alıb.
Belə yerdə deyiblər: "Qara məni basınca, mən qaranı basım". Çox təəssüf edirik ki, kitabxananın müdiri T.Aslanova və Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qəzetimizin üzə çıxarıb ictimailəşdirdiyi problemin həlli üçün tədbir görmək əvəzinə şantaj və şər yolunu tutmuşlar.
Qoy bizdən inciməsinlər. Kitabxanada istiliyin olmamasını etiraf edən T.Aslanovanın regional idarəyə yazdığı izahatı və regional idarənin həmin etirafı yalan çıxaran redaksiyamıza göndərdiyi cavabı (cavabda bildirilmişdir ki, kitabxana guya 2006-cı ildən təbii qazla təchiz olunur) başqa cür adlandırmaq mümkün deyil.
Amma biz xeyirxahlığımızdan əl çəkmirik. Goranboyun Qızılhacılı qəsəbəsindəki kitabxananın istilik probleminin olmasını bu dəfə Mədəniyyət Nazirliyinin diqqətinə çatdırırıq və güman edirik ki, nazirlik qəzetimizin qaldırdığı həmin problemi həll etməklə, eyni zamanda özünün yerlərdəki məsul işçilərinə nümunə göstərəcək.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
20 Aprel
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb ...
20 Aprel
BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub
20 Aprel
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
20 Aprel
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
20 Aprel
Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər ...
20 Aprel
Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər...
20 Aprel
Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk ...
20 Aprel
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
20 Aprel
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!