19 Iyun 2022 00:38
750
Elm və texnika
A- A+

Qara çayın kəşfi

 

XVII əsrin ortalarına qədər istifadə edilən çay yalnız yaşıl çay olub. Xarici ticarət artdıqca, Çində yeni növ və daha uzunömürlü çaylar yetişdirmək üçün sınaqlar aparılıb.

Çay yarpaqlarının günəş şüalarının altında saxlanılaraq qırmızı rəngə boyanması qara çayın kəşfinə səbəb olub. Belə ki, uzun müddət davam edən oksidləşmə çay yarpaqlarını tünd-qırmızı rəngə çevirib. Lakin çinlilər qara çayı "qırmızı çay" adlandırıblar. Onların ən məşhur qırmızı çayı "Pu-erh"dir. Bu çayın həm yaşıl, həm də qırmızı olmaqla iki növü mövcuddur.

Çayların bir çox növləri "camellia sinensis" bitkisindən əldə edilir. Qara çay da həmin bitkinin digər bir növündən hazırlanır. "Qara çay" etiketi ilk dəfə holland və ingilis tacirləri tərəfindən yaradılıb. Onlar Çində istehsal edilən qırmızı çayla tanış olduqları zaman onu qara çay adlandırıb satmağa başlayıblar. XVIII əsrdə qara çayı Avropada məşhurlaşdıran məhz ingilislər olublar. Qara çayın fərqli və ləzzətli dadı, eyni zamanda ixracı onun baha qiymətə satılmasının əsas səbəbi olub. Buna görə də, qara çayı Avropa ölkələrində yalnız aristokratlar istehlak ediblər. Onlar gündəlik istifadələrində 2-3 fincana qədər çay içiblər.

İngiltərənin qara çaya tələbatı artdıqca, treyderləri onu əldə etmək üçün başqa yollar axtarmağa başlayıblar. Bir neçə uğursuz cəhddən sonra onlar Hindistanda becərilə bilən gəlirli və daha çox məhsul verən "camellia sinensis" bitkisinin oxşar cinsini (camellia sinensis assamica) kəşf ediblər. Şimali Hindistanın iqlimi və yüksək hündürlükdə yerləşən sahələri çay becərilməsi üçün perspektivli yer olub. Çox keçmədən hindular çay bitkiləri yetişdirmək üzrə mütəxəssisə çevriliblər. Bununla da, çay Avropada hər kəs üçün əlçatan səviyyəyə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video