"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 625-VIQD nömrəli Qanununun tətbiqi və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 625-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 21.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Baş prokuroruna münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər prokurorluq işçilərinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 471; 2009, № 11, maddə 887) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasda "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin Qanunun" sözləri ilə əvəz edilsin;
2.2. ikinci və üçüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 21.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Baş prokuroruna münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər prokurorluq işçilərinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;".
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 625-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zəfər gəncləri
02 Fevral
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət...
02 Fevral
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlə...
02 Fevral
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
02 Fevral
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
02 Fevral
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
02 Fevral
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
02 Fevral
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyiş...
02 Fevral
Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azə...
02 Fevral
"Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Az...
02 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!