Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edildi. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlətimizin başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirdi.
Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olundu. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edildi, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulandı.
Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!