Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikası Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rüstəm Minnixanov Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı. O, nümayəndə heyətinin tərkibində çoxsaylı şirkətlərin təmsilçilərinin də olduğunu diqqətə çatdırdı, Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Tatarıstanın da ölkəmizlə əlaqələrinin inkişaf etdiyini məmnunluqla bildirdi.
Bakının gözəlliyindən məmnunluğunu bildirən Rüstəm Minnixanov ölkəmizin sürətli inkişafını qeyd edərək Azərbaycanın sənaye potensialının artırılması istiqamətində görülən işləri vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, iki ölkənin prezidentləri arasındakı dialoq əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi üçün əsas istiqamətləndirici amildir. Azərbaycan Prezidenti cari il ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu, özünün Rusiyaya səfərlərinin, iki ölkənin qanunverici orqanları və hökumətləri səviyyəsində səfərlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında münasibətlərin inkişafında regionlararası təmasların vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin hərtərəfli inkişafını qeyd etdi.
Görüşdə “KamAZ”ın Azərbaycanda istehsalı məmnunluqla vurğulandı, bu xüsusda işğaldan azad edilmiş Cəbrayılda ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Araz vadisi sənaye zonasında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulmasının önəmi qeyd olundu.
Görüşdə Azərbaycanda və Tatarıstanda fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlığa toxunuldu, bu məsələlərin Bakıda keçirilən biznes forumda daha geniş müzakirə ediləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycan-Rusiya hərtərəfli əlaqələri çərçivəsində Azərbaycan ilə Tatarıstan arasında da energetika, neft-kimya, sərmayələr, nəqliyyat, logistika, sənaye korporasiyaları, humanitar, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb
18 Aprel
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanla...
18 Aprel
İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiril...
18 Aprel
Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandı...
18 Aprel
Britaniyalı deputat haqqında araşdırma başlayıb
18 Aprel
Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18 Aprel
Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub ...
18 Aprel
Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib ...
18 Aprel
Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb ...
18 Aprel
Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması paytaxt təmsilçisini 800 manat xərcə s...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!