17 Iyun 2022 17:41
1170
Qəbullar
A- A+

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib   YENİLƏNİB

 

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi məna daşıdığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğuladı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışdı. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd etdi.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini də dedi, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirdi.

Tatyana Valovaya Azərbaycana səfər etməkdən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda iştirakından, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə etdi.

Qonaq Azərbaycanda dövlət səviyyəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilməsinin önəmini bildirdi. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolunun artırılmasına dair konsepsiya ilə çıxış etdiyini və bu xüsusda işlərin aparıldığını dedi.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video