02 Oktyabr 2024 15:00
1271
SİYASƏT
A- A+
Milli ideya ideoloji təcavüzə qarşı etibarlı səddir

Milli ideya ideoloji təcavüzə qarşı etibarlı səddir


Azərbaycanda gəncliyin tərəqqisi üçün əlverişli şərait yaradılıb. Quruculuq işlərinin bütün sahələrində onların marağı nəzərə alınır, potensiallarından səmərəli istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gəncliyimizin gələcək yollarına gur işıq salır. Bu işıq isə gənc nəsli uğurlara aparır, zəfərlərə qovuşdurur.

Prezident İlham Əliyev bütün çıxışlarında gənclərin igidliyindən, qəhrəmanlığından, vətənpərvərliyindən söz açır, həmişə onlara yüksək dəyər verir. Sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında tələbələrlə olan görüşündə də dövlətimizin başçısı gənclərimizin 44 günlük Vətən müharibəsindəki igidliyini, qəhrəmanlığını xüsusi olaraq vurğuladı: "Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir".

Yurdunu, torpağını sevən vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsi başlayan kimi Ali Baş Komandanın əmrinə uyğun olaraq erməni qəsbkarları ilə vuruşmağa, torpaqlarımızı işğaldan azad etməyə yollandılar. Ürəyində Vətən sevgisi dolub-daşan gənclərimiz düşmən təxribatı nəticəsində 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərdilər. Məhz onların göstərdiyi qəhrəmanlıq sayəsində böyük tarixi Zəfər qazanıldı. Gənc zabit və əsgərlərimiz düşmən üzərinə böyük cəsarətlə, yenilməz hünərlə, qorxu bilmədən yürüdülər. Qanlı döyüşlərdə qazandıqları bu Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, arxada qalmış illər ərzində gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunublar. Dövlətimizin başçısı Qarabağ Universitetinin açılışındakı çıxışında bu vacib amilə toxunaraq dedi: "...Sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır".

44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, vətənpərvərlik hissi, gənclərin milli ruhda tərbiyə olunması, yurda, doğma ocağa bağlılıq düşmən üzərində qələbənin qazanılmasında, zəfərin əldə olunmasında çox mühüm rol oynayır. Tarixin sınağından çıxmış həqiqətlər dönə-dönə sübut edir ki, döyüşlər zamanı zabitin, əsgərin gücünü, qüdrətini artıran onun vətənpərvərliyi və yurda qəlbən bağlılığıdır. Dövlətimizin başçısı Qarabağ Universitetindəki çıxışında bu amili də diqqətə çatdıraraq dedi: "Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır".  

Bu gün hamımız qürur duyuruq ki, gənclərimiz vətənpərvərlik hissi ilə, milli ruhda böyüyürlər. Yurda ürəkdən bağlı olan bu nəsil İkinci Qarabağ müharibəsində cəsarətlə, qələbə əzmi ilə döyüşdülər, Azərbaycan xalqına Zəfər müjdəsi vermək amalı ilə vuruşdular. Milli ruh onların gücünü, qüdrətini ikiqat, üçqat artırdı. Vuruşduğu, döyüşdüyü günlərdə Azərbaycan gəncliyinin düşüncələrindən də, yaşantılarından da Zəfər qoxusu gəlirdi. Gənclərimiz yaxşı bilirdilər ki, onlar müqəddəs amallar uğrunda vuruşur və həmişə də qalib gəlirlər. Məğlubiyyət acılarını yaşamırlar. İkinci Qarabağ müharibəsində xalqımız böyük birlik, yüksək həmrəylik göstərdi. Erməni işğalçıları üzərində qələbələrin, zəfərlərin qazanılması naminə müharibənin ilk günlərindən yumruq kimi birləşdi. Bu yenilməz birlik, yüksək həmrəylik düşmən üzərində qələbənin qazanılmasında mühüm və həlledici rol oynadı. Müharibənin getdiyi günlərdə xalqın əzmkarlığından və gənclərin gələcəkdə bu tarixi ənənələri davam etdirməli olduqlarından, bu yolla getmələrindən bəhs edən Prezident İlham Əliyev çıxışı zamanı xüsusi vurğuladı: "44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi".

Dövlətimizin başçısı çıxışında ən mühüm məsələlərdən biri olan gənc nəslin vətənpərvərlik və milli ruhda tərbiyə olunmasının vacibliyini bir daha vurğulayaraq bu işdə müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü bildirdi. 

"...Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır", - Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin açılışındakı çıxışında da bu məsələyə xüsusi diqqət verdi.

Gənclərimizin qürurlu olmağa mənəvi haqları var. Çünki onlar qalib ölkənin qalib vətəndaşlarıdırlar. Vətənpərvərlik hissi və milli ruhda tərbiyə alıb böyümüş gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq min illər boyu unudulmayacaq. Əminliklə demək olar ki, onlar müharibədə qazandıqları uğurları, zəfərləri bu gün gündəlik işlərində də, təhsillərində də davam etdirəcəklər. Həmişə qürurlu olacaqlar, heç vaxt xarici təsirlərə aldanmayacaqlar. 

Prezident İlham Əliyevin istər Qarabağ Universitetinin açılışındakı, istərsə də Milli Məclisin ilk iclasındakı çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunması ilə bağlı dediyi sözlər, irəli sürdüyü dəyərli fikirlər təkcə müəllimlərin deyil, bütün bu sahəyə cavabdeh olan insanların məsuliyyətini ikiqat artırır. İnanıqrıq ki, böyüməkdə olan gənclərimiz bundan sonra da əsrlərin sınağından çıxmış tarixi ənənələrini uğurla davam etdirəcəklər. Qoynunda doğulduqları Vətən torpaqlarını ürəkdən sevəcək, onun uğrunda mübarizəyə həmişə hazır olacaqlar. Dövlətimizin qüdrətinin artırılmasında, daha da güclənməsində öz bacarıqlarını heç vaxt əsirgəməyəcəklər. Gündən-günə güclənən, qüdrətini artıran qürurlu dövlətin qürurlu vətəndaşları olaraq qalacaqlar.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!