28 Sentyabr 2024 08:00
2965
SİYASƏT
A- A+
Prezident İlham Əliyev bir daha bəyan etdi

Prezident İlham Əliyev bir daha bəyan etdi


İqtisadi artım yüksəkdir, qeyri-neft sektorunun inkişafı davam edir, inflyasiya minimumdur, xarici borcumuz aşağıdır


2024-cü ilin böyük hissəsi arxada qalıb. Ötən 9 ayda ölkəmiz hansı nailiyyətləri əldə edib. İlin sonuna qədər daha hansı işlər görüləcək. Gələn il bizi hansı vəzifələr və müjdələr gözləyir. Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki nitqində Prezident İlham Əliyev məhz bütün bunları diqqətə çatdırıb.

İqtisadi inkişaf gözlənilən səviyyədədir. İlin uğurlu olacağı barədə əvvəlcədən söylənilən proqnozlar özünü doğruldur. Belə ki, ötən aylar ərzində  iqtisadi artım 4,3 faiz təşkil edib. Qeyri-neft sektoru 7 faiz artıb. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub. Əlbəttə, hazırda dünyada gedən prosesləri təhlil etdikdə və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda görünür bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templərinə görə, bir çox inkişaf etmiş ölkə üstələyirik. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz müsbət nəticəsini verir. Xarici borcun ümumi daxili məhsula nisbətdə də Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir.

Ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi, ölkədə hökm sürən sabitlik, təbii ki, xarici investorların bizə münasibətini daha da yaxşılaşdırıb. Bu həm də Azərbaycanda çox müsbət sərmayə iqliminin uzun illərdir davam etməsindən qaynaqlanır. Yeri gəlmişkən qeyd edək ki, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illərdə və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bu prosesi daha da sürətləndirib. Bakı və Sumqayıt şəhərlərində, sənaye parklarında yeni müəssisələr açılır. İşğaldan azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, qələbə qazanılan vaxtdan bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edir. Bu vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinin icrasına xərclənib. Bununla yanaşı, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və artıq səkkiz mindən çox keçmiş köçkün Qarabağda və Şərqi Zəngəzurda yerləşib . Onların sayı aydan-aya daha da artır.

Regionda infrastruktur layihələri geniş vüsət alıb. Belə ki, artıq 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunelin tikintisi yer alır və onların ümumi uzunluğu 70 kilometrdir. Eləcə də 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib. 

Dövlətimizin başçısı son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə hasilatın azalmasının ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərdiyinə də toxunaraq demişdir:"Biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".

Qarşıda digər mühüm vəzifələr də dayanır və bunlar böyük maliyyə vəsaiti tələb edir. İlk sırada hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı məsələlər durur. Əsas hədəflərdən biri isə iqtisadiyyatı daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. 

Bütün bunlara baxmayaraq, Prezidentimiz gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını da bildirib. Xatırladaq ki, 2018-ci ildən indiyədək  Azərbaycanda dörd sosial islahatlar paketi həyata keçirilib. Bunların məbləği 7 milyard manatdır və  4 milyon insanı əhatə edir. Son beş il ərzində ölkəmizdə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb.

Hazırda gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Odur ki, dövlətimizin başçısı gələn il də iqtisadi inkişaf templərinin lazımi səviyyədə olacağına inam ifadə edib: "Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!