05 Iyul 2022 11:47
202
SİYASƏT

Prezident İbrahim Rəisi: İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq

İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Prezidenti İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib. Prezident bildirib ki, İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün heç bir maneə yoxdur. Bu əlaqələr iqtisadi artım və siyasi sabitliyin əsasını təşkil edir. Əlaqələrin bütün sahələr üzrə inkişaf etməsi xalqların da yaxınlaşmasında mühüm rol oynayacaq.

Prezident İbrahim Rəisi nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib. Səfərin reallaşacağı təqdirdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafında sıçrayış müşahidə edəcəyik.

İran Prezidenti bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video