27 May 2022 13:17
476
SİYASƏT
A- A+

Prezident Administrasiyasında Azərbaycan Sosial Rifah Partiyasının sədri ilə görüş keçirilib

Mayın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və iqtidar-müxalifət siyasi dialoqu, həmçinin dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolu, cəmiyyətdə qadınların rolunu artıran dövlət təşəbbüsləri, dünyada baş verən münaqişələr fonunda siyasi sabitliyin əhəmiyyəti və Azərbaycanın dünya siyasi xəritəsində artan rolu barədə fikir mübadiləsi aparılıb.

Siyasi dialoq prosesi çərçivəsində görülmüş işlər haqqında danışan şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin təşəbbüslərini fəal dəstəkləyən siyasi partiyalar, əslində, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşmasına və demokratik ənənələrin dərinləşməsinə xidmət etmiş olurlar. Siyasi dialoqda iştirak edən tərəflər arasında konstruktiv əməkdaşlıq mühitinin bərqərar olması cəmiyyətin bütün potensialının dövlətin inkişafına yönəlməsini mümkün etdiyini vurğulayan Administrasiya rəsmisi, yaranmış müsbət əməkdaşlıq dinamikasının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Mayın 22-də Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə toxunan Ədalət Vəliyev xüsusi vurğulayıb ki, mövcud istiqamətdə əldə edilmiş nailiyyətlər bütün regionda sülhün bərqərar olunması prosesində əvəzolunmaz əhəmiyyətə malikdir. Həmin görüşdən sonra Azərbaycanda və Ermənistanda dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının yaradılması, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində ilk görüşün keçirilməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.

Eyni zamanda, görüş zamanı dövlət tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına nail olunması, həmçinin dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.

Təşkil olunmuş görüşə görə təşəkkürünü bildirən partiya sədri öz növbəsində milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoyulduğunu, yeni siyasi konfiqurasiyanın yaranmasının, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımların siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmasında, ümumdövlət məsələlərinə vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Əsli Kazımova, həmçinin cəmiyyətdə qadınların artan rolu, humanitar sahədə dövlət təşəbbüslərinin əhəmiyyəti, gender məsələlərinin aktuallığının qorunmasına xidmət edən qanunverici təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini səsləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video