14 Sentyabr 2022 01:32
546
Təhsil
A- A+

Polşalı qonaqlar İlahiyyat İnstitutunda olublar

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi və "Həyat sözü" Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-dən ölkəmizdə rəsmi səfərdədir. Səfərdə məqsəd Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də Alban dini məbədləri, polyak mirası və icması ilə tanış olmaqdır.  
Nümayəndə heyəti sentyabrın 13-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub. Qonaqlar Aİİ rektoru Aqil Şirinovla görüşərək ikitərəfli əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparıblar.  Aİİ rektoru Aqil Şirinov ali təhsil müəssisəsi haqqında qonaqlara geniş məlumat verib. Aİİ-nin fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə danışıb. Bildirib ki, institutda bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. O, Aİİ-də mövcud olan "İslamşünaslıq" və "Dinşünaslıq" ixtisasları, keçirilən fənlər barədə söhbət açıb. 
Qonaqlar Azərbaycan İlahiyyat İnstitutunda olmaqdan məmnunluqlarını ifadə edib, ali təhsil müəssisəsinin fəaliyyətinə uğurlar arzulayıblar. 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video