20 Iyul 2022 01:11
6239
Oxucu məktubları
A- A+

Piyadaları və sürücüləri təhlükədə qoyan problem aradan qaldırıldı

 

Novxanı bağ massivində yaşasam da, iş yerim Sumqayıt Paralimpiya Kompleksinin yanındadır. Dəfələrlə həmin ərazidə avtomobillə piyada vurulurdu. Bu zaman hətta piyadanın həyatını xilas etmək olmurdu. Piyada keçidinin və maşınların hərəkətini tənzimləyən yol nişanının olmaması bu ərazini əməlli-başlı "qan çanağı"na çevirmişdi. 

Bu yaxınlarda şəhər rəhbərliyi ilə ərazidə yaşayan sakinlərin görüşü keçirilirdi. Mənim də iştirak etdiyim görüşdə sakinlər rəhbərlikdən xahiş etdilər ki, problemin həlli üçün tədbir görülsün.

Çox çəkmədi, məsələ həll olundu. Paralimpiya İdman Kompleksinin qarşısında - Niyazi küçəsində piyada keçidi və yol nişanları qoyuldu. Bununla həm piyadalar, həm də sürücülər tez-tez üzləşdikləri real təhlükədən xilas oldular.

 

Səməndər SALMANOV,

Sumqayıt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video