19 Aprel 2022 11:25
1273
Səhiyyə
A- A+

Pəhrizi dayandırandan sonra çəkinin artmasının səbəbi

Çox vaxt pəhriz saxlayaraq bir neçə kiloqram çəki itirənlər bir müddət sonra yenidən əvvəlki bədən çəkisinə qayıdır və hətta daha çox kiloqram artırlar.

AZƏRTAC xəbər verir ki, həmin halın yaratdığı narahatlıqla əlaqədar həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Çəkinin geri qayıtması bir neçə səbəblə əlaqədardır. Onlardan ən geniş yayılanı aşağı kalorili diyetlərlə itirilən çəkilərin geri qayıtmasıdır. Pəhrizdə olan müddətdə çox az miqdarda qida qəbul edilir və pəhriz dayanandan dərhal sonra böyük miqdarda qida istehlak edilməsi nəticəsində çəki artmağa başlayır. Adətən pəhriz rejimində olanlar həmin müddətdə aktiv hərəkətlər edir, idmanla məşğul olur, pəhrizdən sonra yenə passiv həyat keçirməyə başlayırlar. Müəyyən müddət ərzində rafinə olunmuş şəkəri, un məmulatlarını, duzlu qidaları və qazlı-spirtli içkiləri rasiondan tamamilə çıxarır və bu zaman bədən çəkisində enmə müşahidə olunur. Lakin pəhrizdən sonra əvvəlki həyata qayıtmağa, imtina edilən bütün qidalardan istifadə etməyə başlayırlar və belə halda çəkinin artması təbii haldır. Ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, hormonal problemləri, xüsusilə qalxanvari vəz xəstəlikləri, insulin rezidentliyi, şəkərli diabet, B vitamini çatışmazlığı, qan azlığı və üçüncü növ şəkərli diabet xəstəliyi zamanı çəkinin geri qayıtma ehtimalı daha böyükdür. Lakin sağlam şəkildə qidalanmaq və aktiv həyat tərzi keçirməklə çəki artımından qorunmaq olar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video