Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Vitamin D xolesteroldan sintez edilən və yağda həll olunan steroid tərkibli bioloji aktiv maddədir. O, dəridə sintez olunur və bağırsaqlardan sovrulur. Bu səbəbdən uşaqlarda bağırsaq sovrulması yaxşı olmalıdır.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətində istinadla xəbər verir ki, bu fikirləri Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aytən Kərimova söyləyib.
Pediatr vitamin D-nin insan orqanizmində icra etdiyi funksiyalar barədə məlumat verərək deyib: “D vitamininin vitamin D2 və D3 olmaqla iki əsas forması var. Alimlər D2-ni erqokalsiferol, D3-ü isə xolekalsiferol adlandırırlar. Hər ikisi orqanizmdə eyni rol oynayır, lakin D2 və D3 vitaminləri bir qədər fərqli molekulyar quruluşa malikdir. Belə ki, vitamin D2 bitki mənşəli, D3 isə heyvan mənşəli məhsullardan əmələ gəlir. D vitamin olmasına baxmayaraq, hormon kimi təsiri də var. Bədənimizin bir çox hüceyrələrində D vitamini reseptorları mövcuddur. D vitamini bu reseptorlara bağlanaraq hüceyrə içərisində öz fəaliyyətini yerinə yetirir.
D vitamini çatışmazlığı daha çox uşaqlarda olur. Bu vitamin uşaqların inkişafında mühüm rol oynayır. Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və uzun müddət təmiz havada gəzintilərin olmaması ciddi D vitamini çatışmazlığı yaradır. Eyni zamanda, bu vitamin çatışmazlığı ilə yorğunluq, diqqət əskikliyi, onurğa sütununda və döş qəfəsində deformasiya kimi qüsurlar meydana çıxa bilər.
D vitamini azlığı uşaqlarda yaddaş probleminə səbəb olur. Bu vitaminin ən vacib funksiyalarından biri bağırsaqlardan kalsium və fosforun sovrulmasını təmin etməkdir. D vitamini təyin edilərkən, uşaqlarda yanaşı olaraq K2 vitamini və maqneziumun qəbulu da vacib hesab edilir. Uzun müddət kifayət qədər D vitamini qəbul edilmədikdə kalsium və fosforun bağırsaqdan sovrulması azalır. Sümüklər kövrək və yumşaq olur. Uşaqlarda ayaqlarda əyrilik, əl və ayaq biləklərində qalınlaşma, döş qəfəsində deformasiya, tez-tez yıxılmalar və sınıqlar müşahidə olunur”.
A.Kərimova uşaqlarda D vitamininin azlığı zamanı müşahidə olunan şikayətlərə diqqət çəkib: “D vitamini çatışmazlığı uşaqlarda ciddi problemlərə yol açır. Əsasən sümük-əzələ və oynaq sistemində ağrı, axşamlar uşaqlarda ayaq ağrıları, tez-tez yorulma, piyada yürüş edə bilmək qabiliyyətinin aşağı enməsi, normadan çox tərləmə, dəri quruluğu, boy inkişafının ləngiməsi, saçların tökülməsi, xroniki yorğunluq hissi, depressiya, çox çəki almaq, yuxunun pozulması, immun sistemin və yaddaşın zəifləməsi, dişlərin çürüməsi, iştahasızlıq, dırnaqların qırılması, yüksək təzyiq, revmatizm kimi xəstəliklər yarada bilər. Bu səbəbdən uşaqların həyatlarının ilk günlərindən D vitamininin verilməsi vacibdir.
Orqanizmin 95 faizi D vitamini ehtiyacını günəş şüaları, digər 5 faizi isə gündəlik qəbul olunan qidalar vasitəsilə təmin edilir. Ona görə də uşaqların qışda sağlam olmaları üçün yay aylarında günəş şüalarından səmərəli istifadə etmələri lazımdır. D vitamini dəriyə düşən günəş işığına cavab olaraq əmələ gəlir.
Son illərdə aparılan araşdırmalar nəticəsində günəşli iqlim şəraitində yaşayanların da D vitamini əskikliyindən əziyyət çəkdiyi müəyyənləşib. Bu da bizim daha çox qapalı mühitdə vaxt keçirməyimizlə bağlıdır. Günəşdə bir neçə dəqiqə olmaq heç də D vitamini ehtiyacını ödəmir. Ultrabənövşəyi şüalar birbaşa dəri səthinə düşməlidir. Buna görə də uşaqları açıq, günəşli havada və yüngül geyimdə gəzintiyə çıxarmaq lazımdır. Bir yaşa qədər uşaqlarda günəş kremləri istifadə etmək olmaz. Gündəlik D vitamini ehtiyacını ödəmək üçün səhər saat 07:00 ilə 11:00 arasında günəş şüalarını qəbul etmək ən optimal vaxtdır.
Eyni zamanda, uşaqların gündəlik qida rasionunu D vitamini ilə zəngin qidalar təşkil etməlidir. Bu vitaminlə zəngin qidalar siyahısında birinci yeri süd və süd məhsulları tutur. Bu məhsullar D vitamini ilə yanaşı, zülal, dəmir, kalsium, maqnezium, mis və sink ilə zəngindirlər. Yağ tərkibi yüksək olan qidaları seçmək tövsiyə olunmur. Uşaqların gündəlik rasionu pendir, qatıq, kəsmik, təmiz nehrə yağı ilə zəngin olmalıdır.
Uşaqlara müntəzəm olaraq kərə yağı vermək onun sümüklərini möhkəmləndirir. Bu da sümük xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin qızılbalıq, tuna və treska balığı tövsiyə olunur. Treska balığı K2 vitamini ilə zəngindir. Bu balıqlar xüsusən qış aylarında D vitamininə olan tələbatı ödəyə bilir. B12 və protein ilə zəngin olan yumurta D vitamini ehtiyacının 4 faizini qarşılayır. Yumurta uşaqların rasionuna mütləq yeddinci aydan sonra daxil edilməlidir.
Taxıl məhsullarının keyfiyyətli olması üçün salat şəklində istifadə etmək daha məqsədəuyğundur. Yerkökü D vitamini ilə zəngin olan tərəvəzlər siyahısında birinci yerdədir və uşaqlara çox verilməsi tövsiyə olunur. Cəfəri kimi tanıdığımız bitki az da olsa, D vitamini ilə zəngindir”.
Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb
Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub
Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib
Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər
Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur
“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB
Yutubda bir neçə yeni funksiya əlavə olunub
Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib
Sabiq “Arsenal”lı həbs edildi
“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
Təcili qanı artıq dronlar çatdıracaq
EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK
"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb
Klozedən Mahir Emreli açıqlaması
“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır
Avropa Komissiyasının Prezidenti Kiyevə gedir
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!