Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Filarmoniya bağı 194 il öncə tacirlərin gəmilərlə gətirdiyi qara torpaq hesabına böyük çətinliklə salınıb
Bakı gündən-günə, aydan-aya gözəlləşir: dünya standartlarına uyğun göydələnlər, salınan parklar, istirahət guşələri, yaşıllıqlar, abadlaşan yollar, yol kənarlarına əkilən dekorativ kollar, yaşayış binalarının fasadlarının səliqəyə salınması, bir sözlə, üzünü hansı səmtə çevirirsənsə, göz oxşayır. Bu sıradan qədim Bakının yerli əhəmiyyətli abidələrinə, Şərqlə Qərbin arxitektura vəhdətini özündə əks etdirən tarixi binalara, mülklərə, bağ və gəzinti məkanlarına qayğı ümumilikdə şəhərimizin gözəlliyinə əlavə çalarlar qatıb. Baxdıqca, gəzdikcə insanın ruhu təzələnir. Belə ünvanlardan biri də xalqımızın keçmiş tarixini, şəhərsalma mədəniyyətini və dövrün müasirliyini özündə yaşadan - ötən əsrin əvvəllərindən "Qubernator bağı" kimi tanınan və paytaxtımızın ilk parkı kimi qəbul edilən Filarmoniya bağıdır.
Lənkərandan, İrandan gətirilən torpaq
Yolu düşənləri keçmişlə indiki zamanın qovşağında saxlayan bu bağın yaranma tarixi hamıda böyük maraq doğurur. Məxəzlərin məlumatına görə, 194 yaşlı Filarmoniya bağı İçərişəhər hələ iki divar əhatəsində olan vaxtlarda salınıb, uzun müddət Bakının ilk və yeganə bağı olub. Bu status Bakı bulvarının (Milli park) salınmasına qədər davam edib.
Xatırladaq ki, Filarmoniya bağı 1830-cu illərdə Bakı komendantı R.R.Xovenin təşəbbüsü ilə yaradılıb. Məhz qubernatorun təşəbbüsü ilə yaradıldığı üçün əvvəllər "Qubertnator bağı" kimi tanınıb. O, Lənkəran və İrandan gələn bütün gəmi sahiblərinin, tacirlərin qarşısına bir şərt qoyub ki, getdiyiniz yerlərdən bir neçə çuval qara torpaq gətirməlisiniz. Torpaq gətirməyənlər isə cərimələnirdilər. Sahibkarlar tərəfindən Lənkəran və İrandan gətirilən torpaqların sayəsində bağda əvvəlcə meyvə ağacları, sonra bəzək kolları əkilir. Kasıb camaatın bağda dincəlməsinə həftədə bir dəfə icazə verilirdi. Varlıların isə istirahəti limitsiz idi, ürəkləri istədikləri vaxt bağa girib-çıxa bilərdilər. Hətta bağın girişinə xüsusi elan da vurulubmuş: "Əsgərlərin və itlərin daxil olması qadağandır!"
1859-cu ildə bağda bir yenilik edilir. Rəqs meydançası düzəldilir, axşamlar orkestr çalmağa başlayır.
112 yaşlı Filarmoniya binası
Monte-Karlodakı Filarmoniyanın eynisini xatırladan indiki Filarmoniya binası 20-ci yüzilliyin əvvəllərində tikilib. Tikili "İctimai iclasların yay evi" adı ilə inşa edilib. Əvvəllər indiki Filarmoniyanın yerində taxtadan "Ağ klub" olub. Bu klub bir gecədə yanğın nəticəsində külə dönüb. Onun əvəzində isə həmin yerdə Bakı Şəhər Dumasının qərarı ilə 1910-cu ildə Filarmoniya binası tikilməyə başlanıb. Binanın inşası 1912-ci ildə başa çatıb. Beləliklə, sahəsi 4,6 hektar olan "Qubernator bağı"nın sonralar "Filarmoniya bağı" adlanmasına səbəb olacaq bina tikilir.
1936-cı ildə isə Azərbaycan Dövlət Filarmoniyası yaradılır. Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi "Yay evi" Filarmoniyaya verilir.
Niyə məhz bu məkanda?
Filarmoniya binası üçün niyə məhz bu məkan seçilib? Bu sualın cavabı Bakı İctimai Məclisinin adından şəhər upravasına göndərilmiş bir məktubda açıqlanır.
Həmin sənəddə Bakı İctimai Məclisinin rəhbərliyi 1907-ci ildə yanan "Ağ klub"un əvəzinə yeni yay binası inşa etdirmək istəyini bildirir və bu məqsədlə məhz indiki Filarmoniyanın yerinin ayrılmasını xahiş edir. Məktubda yeni binanın tikintisinin onlara baha qiymətə başa gələcəyi göstərilsə də, məhz bu sahənin ayrılmasının vacibliyi vurğulanır: "İctimai Məclisin xərcləri gözə alması səbəbsiz deyildi. Səbəb Bakı şəhərinin müstəsna iqlim şəraitini nəzərə alsaq, yay binası üçün bundan sərin və nisbətən təmiz havası olan yer tapmağın mümkün olmamasıdır".
Bağın müxtəlif adları olub
Filarmoniya bağının müxtəlif adları olub. "Qorodskoy sad" - "Şəhər bağı" kimi də tanınan ərazi sonralar çar I Nikolayın qardaşı Mixayilin şərəfinə "Mixaylovski bağı" da adlandırılıb.
Mənbələrin məlumatına görə, Bakının general-qubernatoru şəhərin varlılarından olan Hacı Nemətulla Seyidovun bağın kənarında yerləşən evini (o ev sökülüb və yerində "Four Season" - "Dörd Fəsil" hoteli tikilib) kirayəyə götürdüyü üçün buranı şəhər camaatı "Qubernator bağı" - "Qoburnat bağı" adlandırmağa başlayıb. Çünki bağ qubernatorun evi ilə üzbəüz idi. Qubernator hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş.
Sovet dönəmində bağın adı dəyişdirilərək "Pioner" qoyulur. 1990-cı ildə görkəmli qəzəlxan Əliağa Vahidin heykəli burada qoyulduğundan buraya "Vahid bağı" da deyirdilər.
Yenidənqurma və bərpa işləri zamanı böyük şairin heykəli daha məqsədəmüvafiq yerdə ucaldılıb. Hazırda bu tarixi məkan "Filarmoniya bağı" adı ilə əhaliyə xidmət göstərir.
Bağda ilk dəfə abadlıq işləri Ulu Öndər Heydər Əliyevin tapşırıqlarına əsasən aparılıb
Özündə İtaliya intibahının elementlərini, Şərq memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağı bir-birindən gözəl olan dekorativ ağaclar, güllər, daşlar, fəvvarələr, saatlar bəzəyir. Demək olar ki, bu məkan yüz illərdir mədəni-kütləvi tədbirlərə, musiqinin təbliğinə, insanların istirahətinə xidmət edir. Bağ salınandan sonrakı dövrdə ilk dəfə burda abadlıq işləri ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən aparılıb. Təəssüf ki, 1988-ci ildən sonra respublikada gedən məlum ictimai-siyasi proseslər zamanı bağ baxımsızlıqdan ziyan çəkib.
2007-ci ilin mayında əraziyə gələn Prezident İlham Əliyev burada əsaslı abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlar verib. Aparılan işlər nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. Fransanın "İnter Art" şirkətinin layihələndirdiyi bağda orijinal formada fəvvarə tikilib. Eyni zamanda Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndirilir.
Bağda əsasən Türkiyə və İtaliyadan gətirilən qızılgül kolları var ki, onlar bəzi ağaclara yaxın əkilib və ağacların gövdəsinə bağlanılıb. Bu gül kolları ağaca dolanaraq 7-8 metr hündürlüyədək böyüyüb və sarmaşığa bənzəyir. Belə qızılgülə yalnız Filarmoniya bağında rast gəlmək olar. Güllər mayda açır. Ağaclara yaxın əkilən payızgülü isə oktyabrda açır və 2-3 ay solmur. Bağdakı liliya, qardeniya və palmalara qış aylarında xüsusi qulluq göstərilir, soyuqdan qorumaq üçün onları bükürlər. Bundan başqa, burada pixta, iliks, qarağac, daş palıd, kedr, sidr, maqnoliya, yuka, aliyandr, sukas, quşalması, söyüd və başqa bitkilər də mövcuddur.
Ömrü uzansa da, gəncləşən, gözəlləşən bağ
İllər keçdikcə gözəlliyini, təravətini itirməyən bu bağda olarkən neçə-neçə insanla həmsöhbət olduq. Onlardan biri - AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirdi: "Bura şəhər sakinlərinin, xüsusən də ətrafda yaşayan insanların ən sevimli yeridir. İş yerim bura yaxın olduğundan demək olar ki, hər gün işdən çıxıb, bəzən də yoldaşlarla yolumuzu burdan salırıq. Yarım saatlığa da olsa dincəlirəm, təmiz və sərin hava, fəvvarələrin nəğmə ahəngi, bu ahəngə əlavə rəng qatan quşların civiltisi... adamın ruhunu təzələyir, əsəbləri sakitləşdirir. Onu da qeyd edim ki, bu parkın gözəgəlimli, ürəyəyatımlı olmasına səbəb həm də Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bağda aparılan əsaslı yenidənqurma işləridir. Bunları hər gün müşahidə etmişəm. Bağın özünəməxsus bitki örtüyü olduğu üçün ona xüsusi diqqət yetirilir, qorunub saxlanılır, yaşıllıq zolağının artırılmasına daha çox qayğı göstərilir. Özündə İtaliya intibahının elementlərini, Şərq müsəlman memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağda hamını heyran qoyan gözəl naxışlı daşlar, fəvvarələr, saatlar var. Filarmoniya bağı çox dəyərli və gözəl məkandır. Buna görə dövlətimizə və bu bağın belə gözəl məkana çevrilməsində əməyi olan hər bir insana təşəkkür edib, "çox sağ olun" deyirik".
Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları da əkilib, yeni suvarma sistemi quraşdırılıb, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Ən qədim ağaclardan biri də Xan çinarıdır. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları bağdakı yaşıllıq zolağına, ümumilikdə isə parkın klassikasına əlavə çalarlar qatıb.
Digər müsahibimiz bağda ailəvi gəzintidə olan Əməl xanım, qızı Firuzə və oğlu Üzeyir oldu. Əməl xanım dedi: "Özüm təqaüdçüyəm. Oğlum Mədəniyyət və İncəsənət Universitetində çalışır, qızım isə Almaniyada yaşayır. Hər il yay aylarında qızım istirahət etmək üçün Bakıya gəlir, Dənizkənarı bulvarda, Qız qalasında, bax, bu Filarmoniya bağında olur. Qoy özü desin, görək onda bu istək haradandır, bir də ki, uzaqdan gələnin daha maraqlı təəssüratları ola bilər".
Anasının fikirlərini davam etdirən Firuzə xanım dedi:
- Bu şəhərdə böyümüşəm, amma uzun illərdir Almaniyada yaşayıram. Uzaqdan gələnlər yaxşı görürlər ki, şəhərimiz, parklar, xüsusən də Bakı bulvarı, eləcə də bayaqdan tamaşa etməkdən doymadığımız Filarmoniya bağı nə qədər müasirləşib. Dəfələrlə şahidi olmuşam, bir vaxtlar Bakını hansısa superşəhərlə müqayisə etmək istəyənlər, indi həmin o şəhərləri Bakı ilə müqayisə etməyə çalışanlar sonda etiraf edirlər ki, Bakı daha gözəldir. Filarmoniya bağı elit bağdır, mən Avropanın bir çox şəhərində olmuşam. Amma bu gözəllikdə bağa rast gəlməmişəm...
Müşahidələr, müsahibələr və son günlər burada aparılan səliqə-sahman işləri əminlik yaradır ki, qızılı payızda bu bağın görkəmi daha diqqətçəkən olacaq. Ümidvarıq ki, noyabrda COP29-a gələn qonaqlar 194 yaşlı Filarmaniya bağında gəzintidən, istirahətdən məmnun olacaqlar.
Rəhman SALMANLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib
Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
Kamikadze məhv edildi
“Nobel”in favorit namizədləri açıqlandı
Rusiyalı alpinistlərin cəsədləri tapıldı
Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!