07 Iyun 2022 00:32
1569
Oxucu məktubları

Paytaxtın ictimai nəqliyyat problemi nə vaxt həll olunacaq

 

Dövlət vətəndaşlarının rahatlığına xeyli diqqət ayırsa da, bəzi məmurlar öz işlərinə laqeyd yanaşaraq bunu gözdən salırlar. Söhbət ictimai nəqliyyatdan gedir.

Paytaxtda avtobusların qrafiklə işləməməsi nəticəsində sərnişinlər xeyli vaxt dayanacaqlarda gözləməli olurlar. Nəticədə avtobuslarda o dərəcədə basabas yaranır ki, sürücü qapıları belə bağlaya bilmir. Eşitdiyimizə görə ölkəyə avtobuslar gətirilib. Lakin hələ də onları xətlərdə görən yoxdur. Niyəsi, səbəbi bilinmir. Bu, birinci məsələ. İkincisi isə istismarda olan köhnə avtobusların bərbad vəziyyətdə olmasıdır. Xüsusən oturacaqları elə gündədir ki, onlarda oturmamaq daha yaxşıdır. Məsələn, gündəlik  istifadə etdiyim 165 nömrəli marşrutda işləyən avtobuslarda olduğu kimi.

Maraqlıdır, görəsən aidiyyəti orqanlar hara baxır? Niyə bu problemə bir əncam çəkmirlər?

 

İman MİRZƏZADƏ,

Binəqədi qəsəbə sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video