27 Dekabr 2021 12:24
1181
Təhsil
A- A+

Paytaxtdakı 172 məktəb Milli Qəhrəman və şəhidlərin adını daşıyır

 

2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Vətən müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Azad Arif oğlu Hümbətovun adı verilib.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 172-si Milli Qəhrəman və şəhidlərimizin adını daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video