27 Yanvar 2022 14:45
845
SİYASƏT
A- A+

Parlamentin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlər məqbul sayılıb

Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komissiyanın sədri Eldar İbrahimov yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edib. Deyib ki, gündəlikdə Milli Məclisin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlərə dair məlumata baxılması nəzərdə tutulub.

Milli Məclisin 2021-ci ildə çox səmərəli fəaliyyət göstərdiyini söyləyən Eldar İbrahimov keçən il İntizam komissiyasının Əsasnaməsinin qəbul olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin hesabat dövründə İntizam komissiyasının gördüyü işlər barədə məlumat verib. Bildirib ki, daxil olan bütün məsələlər diqqətlə araşdırılıb, qanunvericiliyə ciddi riayət etməklə müvafiq tədbirlər görülüb. O cümlədən komissiya 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinə müsbət rəy verib.

Eldar İbrahimov qeyd edib ki, hesabat dövründə İntizam komissiyasına vətəndaşlardan 20 müraciət daxil olub. Müraciətlər təhlil edilərək araşdırılıb və müvafiq tədbirlər görülüb.

İclasda İntizam komissiyasının ötən il ərzində gördüyü işlər barədə məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. Komissiyanın sədr müavini Fəzail Ağamalı, deputatlar Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Nizami Səfərov və Madər Musayev komissiyanın son bir ildəki fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndiriblər.

Müzakirələrin yekununda İntizam komissiyasının hesabatı məqbul sayılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video