10 Oktyabr 2025 19:15
514
SİYASƏT
A- A+
Parlament diplomatiyası Bakı - Zaqreb əlaqələrinin inkişafına xüsusi töhfə verir

Parlament diplomatiyası Bakı - Zaqreb əlaqələrinin inkişafına xüsusi töhfə verir


Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin inkişafı hər iki ölkənin marağındadır. Prezident İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq və Dostluq Münasibətləri haqqında Zaqreb Bəyannaməsi münasibətlərin yeni mərhələyə keçməsinə təkan oldu. Hazırda iki ölkə intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib strateji tərəfdaşlardır. 30 il əvvəl diplomatik münasibətlər quran ölkələrimiz əlaqələrin yeni müstəviyə qalxması istiqamətində praktik addımlar atır. Bu ölkənin parlament sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətinin bu həftə Azərbaycana səfəri də bu baxımdan əhəmiyyət kəsb edir. 

Xüsusi qeyd etməliyik ki, Xorvatiya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, cənab Prezidentlə görüş zamanı da xorvatiyalı qonaqlar Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələri də növbəti uğur kimi qiymətləndirdilər. Xorvatiya həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına daim dəstək nümayiş etdirib. Azərbaycanın haqq işini dəstəkləyən rəsmi Zaqreb yeni reallıqları alqışlayır və hər zaman regionda sülhün, firavanlığın bərqərar olunmasına tərəfdar olduğunu bəyan edir.

Yada salmaq yerinə düşər ki, Xorvatiya nümayəndə heyəti bir neçə il əvvəl eyni zamanda  işğaldan azad edilmiş ərazilərə də səfər ediblər. Burada erməni vandalizminin izləri, eyni zamanda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Xorvatiya şirkətlərinin Azərbaycanda elektrik enerjisi təchizatı layihələrinə və turizmə sərmayə yatırmaq üçün potensialı da nəzərdən keçirilir.

Yeri gəlmişkən, Parlament diplomatiyası da ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verir. Azərbaycan və Xorvatiya həm ikitərəfli müstəvidə, həm də bir sıra beynəlxalq parlament təşkilatlarının işində bir-birini dəstəkləyir.  Parlamentlər arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə Bakıda səmərəli müzakirələr aparıldı. Q.Yandrokoviç Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə görüşdə də məhz mövcud imkanlardan istifadə etmək niyyətini bir daha diqqətə çatdırıb.

Rəsmi Zaqreb həm də Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolunu təqdir edir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!