06 Dekabr 2021 12:46
833
Səhiyyə
A- A+

“Omikron” ştamına qarşı mübarizə vasitələri qəbul edilmiş sanitar-gigiyena qaydalarıdı

 

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası əhalinin sayına görə yüksəkdir. COVID-19-un yeni aşkarlanan “omikron” ştamı hələ kifayət qədər öyrənilməyib, onun hansı fəsadlar törədə biləcəyi müəyyən deyil. Əslində, bir sıra ölkələrdə sərhədlərin bağlanmasının səbəbi də yeni ştamın ölkədə yayılmasını gecikdirməkdir, çünki müəyyən vaxtdan sonra ştam haqqında bəzi məlumatar toplanır, xəstəliyin kliniki gedişi aydın olur. Azərbaycanda hazırda təxminən 25 min aktiv koronavirus xəstəsi var, lakin çarpayı sayı kifayətdir, yəni xəstəxanalarda yüklənmə yoxdur. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məsləhətlərini dinləmək və onlara əməl etmək lazımdır. Yoluxmadan qorunmaq üçün sosial məsafə saxlamaq, şəxsi gigiyenaya diqqət yetirmək və qoruyucu vasitələrdən istifadə etmək vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Bəylər İmanov deyib.

Həkim-mütəxəssis bildirib ki, koronavirusun “omikron” ştamına qarşı mübarizə vasitələri qəbul edilmiş sanitar-gigiyena qaydalarıdır: “Yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan “omikron” ştamında onlarla mutasiya birləşib. Virus tam müalicə olunmayan xəstələrin orqanizmində uzun müddət qalıb və qəfildən bir neçə mutasiya eyni vaxtda baş verib. Nəticədə, virus müalicəyə və profilaktik qaydalara öyrəşdiyi üçün bütün xüsusiyyətlərini dəyişərək “omikron” ştamı səviyyəsinə çatıb. Hazırda dəqiq araşdırma işi gedir, müəyyənləşdirmə aparılır. Onu da qeyd edim ki, “omikron” ştamının müvafiq proteinində koronavirusa qarşı yaranan anticisimlərin birləşərək virusa qalib gəldiyi hissədə də 10-a yaxın mutasiya aşkar edilib. Ona görə də biz daha çox diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Vətəndaşlar vaksinasiyanın əhəmiyyətinu unutmamalıdırlar. Həmçinin “buster” dozanın vurulması da vacibdir. Yeni ştamın araşdırılmasından sonra vaksinlərə bir daha baxılacaq. Bəzi istehsalçı şirkətlər vaksin preparatlarının yeni ştama uyğun hazırlanacağını deyiblər. Vətəndaşlar gigiyenik qaydalara əməl edərək və peyvənd olunaraq özlərinə və yaxınlarını qoruya bilərlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video