Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Professor, şəhid atası Kamran Kazımov 2023-cü ildə Astara Pedaqoji Kollecinə rəhbər seçildiyi gündən təhsil ocağında sinəsini Vətənə sipər edib xoşbəxt gələcəyimiz naminə canından keçən igid, qeyrətli oğullarla bağlı vaxtaşırı tədbirlər keçirilir.
44 günlük haqq savaşımızda düşmənə qan qusdurub bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönən, qalxdığı ölməzlik zirvəsindən bizlərə boylanan şəhid polkovnik-leytenant Nail Rəfail oğlu Orucov sağ qalsaydı, 46 yaşı olacaqdı. Bu münasibətlə Kamran müəllim başda olmaqla kollecin bir qrup əməkdaşı şəhidin ev-muzeyini və məzarını ziyarət etdilər, önünə güllər qoydular.
Söhbət zamanı şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nurana müəllimə bildirdi ki, şəhidlik ən uca zirvədir. Nail Orucova da belə bir şərəfli ömür yaşamaq nəsib olub: "Doğma Vətənin müqəddəsliyinə tapınmaqla düşmənin qarşısına çıxıb və yağını məhv edib. Torpağı Vətən edən ölməz qəhrəmandır Nail. Fəqət, adını tarixə yazan igid cismən aramızdan gedib. Qürur yerimizə dönərək yaşadığı ömür gələn nəsillər üçün də əsl həyat məktəbidir. Ən azı, Vətəni necə sevməyi, doğma torpağı yağıdan qorumağı bizlərə öyrətdi. İndi Nail Orucovun səpdiyi qəhrəmanlıq toxumları minlərlə ürəkdə cücərdikcə xalqımızın qüdrəti daha da artır".
Nail Orucov 1978-ci ildə Astaranın Məscid məhəllə kəndində dünyaya gəlib. İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov yağıya qarşı ölüm-dirim savaşına qatılıb. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Cəbrayılda, Füzulidə yüksək şəxsi rəşadət göstərməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Komandir olduğu dəstə Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədini tam nəzarətə alıb. Oktyabrın 31-də düşmənin təxribatı nəticəsində Qubadlıya yenidən hücum olub, yağı tərəfindən atılan artilleriya atəşi polkovnik-leytenantın ömrünü yarımçıq qoyub.
Prezidentin sərəncamları ilə Nail Orucov "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", Cəbrayılın, Qubadlının azadlığına görə medallarına layiq görülüb.
Zəfər ORUCOĞLU,
Lerik rayonunun Bradi kəndi
Hindistan səfiri Lənkəranda olub
Meyvə festivallarının sırasına biri də əlavə edildi
Sahilin başına "oyun açan" Xəzər
Yanardağın "sirləri"
Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan...
Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?
Şvabenin ermənipərəstliyi
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi
Azərbaycan nümunəsi
Azercell abunəçilərinin nəzərinə
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!