28 Iyun 2022 13:44
700
Mədəniyyət
A- A+

Nümayəndə heyətimiz UNESCO-da silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə müzakirələrdə iştirak edir  

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə” "ad hoc" alt komitənin iclasında iştirak etmək məqsədilə UNESCO Baş qərargahının yerləşdiyi Paris şəhərinə səfər edib.

Mdəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sözügedən mexanizmlərin gələcəkdə effektiv tətbiqi istiqamətində müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev də iştirak edib.

Nümayəndə heyəti tərəfindən ölkəmizin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasın gündəliyində müzakirə edilən mövzu ilə bağlı müvafiq şərhlər verilib və təkliflər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəyə 2021-ci ilin dekabr ayında keçirilən İkinci Protokola Tərəf Ölkələrin 9-cu iclası zamanı yekdil qərara əsasən seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video