22 Dekabr 2024 08:25
1675
Mədəniyyət
A- A+
Nuhun izi ilə

Nuhun izi ilə

 

Zaman-zaman çəkilmiş sənədli filmlər tarixin qiymətli gerçəkliklərini qoruyub saxlayır. Ona görə də bu filmlərə həmişə böyük maraq və sevgi ilə baxılır. Çünki bunlar tarixi öyrənmək baxımından çox dəyərli və qiymətli olur.

Dünən Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə çəkilmiş  "Nuhun izi ilə" sənədli filminin təqdimat mərasimi keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğulların ruhu birdəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Çıxış üçün söz Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova verildi. O dedi: "Bu gün təqdimatına yığışdığımız "Nuhun izi ilə" filmi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub. Ötən il dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının 100 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Bu gün indiyə qədər keçirilmiş mədəni-kütləvi tədbilərə daha möhtəşəm biri də əlavə olunur. Təqdim olunacaq sənədli film UNESCO-nun layihəsi əsasında, həmçinin Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmişdir. "Nuhun izi ilə" filminin müəllifi və rejissoru isveçli Mikael Silkeberqdir. Xatırladım ki, M.Silkeberq ilk əcnəbi rejissordur ki, Şuşa azad olunandan sonra bu şəhər haqqında film çəkmişdir. Hər iki film çox dəyərli və baxımlıdır. Olduqca sevindiricidir ki, Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan bütün sahələrdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edir. Bu gün təqdim olunan sənədli film böyük mədəniyyət hadisəsidir. Eyni zamanda bu, Ümummilli Lider Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini, irsini, həmçinin müstəqil Azərbaycanımızın şərəfli tarixini, zəngin mədəniyyətini  dünyada ləyaqətlə təbliğ edən Heydər Əliyev Fonduna, onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehiban xanım Əliyevaya gördüyü işlərə görə minnətdarlığın ifadəsidir. Bu gün hamımız Ulu Öndər Heydər Əliyev haqqında böyük sevgi, hörmət və ehtiramla danışırıq. Ulu Öndər Azərbaycanı bugünkü kimi güclü, qüdrətli görmək istəyirdi. Ümummilli Lider Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki bu böyük şəxsiyyətin arzu və istəklərini Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata keçirir".

Sonra Azərbaycan Respublikasının UNESCO-dakı milli komissiyasının nümayəndəsi Mustafa Şabanov və rejissor Mikael Silkeberq çıxış edərək "Nuhun izi ilə" filminin çəkilişlərindən, ərsəyə gəlməsindən ətraflı söz açdılar.

Çıxışlar başa çatdıqdan sonra "Nuhun izi ilə" sənədli filmi təqdim olundu. Filmin çəkilişləri Haçadağ, Əshabi-Kəhf ziyarətgahı, Əlincə qalası, Ordubad rayonu, Gəmiqaya, Möminə Xatun türbəsi, Nuh peyğəmbərin türbəsi və digər məkanlarda aparılıb. Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Nuhun izi ilə" filmi tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanacaq.

 

Vahid MƏHƏRRƏMOV,

İlham Babayev (foto)

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!