Norveç ehtimal edilən sabotaj aktlarından qorunmaq üçün özünün neft-qaz infrastrukturunda təhlükəsizlik tədbirlərini gücləndirir
Norveç ehtimal edilən sabotaj aktlarından qorunmaq üçün özünün neft-qaz infrastrukturunda təhlükəsizlik tədbirlərini gücləndirir.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar Baltik dənizində “Şimal axını-1” və “Şimal axını-2” qaz boru kəmərlərinə hücumlardan sonra qəbul edilib.
Qaz kəmərlərində sızma ilə bağlı hadisələr bütün Qərbi Avropada müzakirə mövzusuna çevrilib. NATO və Avropa İttifaqı böhranlı infrastrukturun qorunmasının zəruri olduğunu vurğulayıb və yeni hücumlar baş verəcəyi halda “qətiyyətli birgə cavab tədbirləri” barədə xəbərdarlıq ediblər.
90-dan çox neft və qaz yatağının mövcud olduğu Norveçdə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərara alınıb, çünki bu yataqların əksəriyyəti ümumi uzunluğu 8.800 kilometr olan qaz kəmərləri şəbəkəsi ilə bağlıdır. Məsələn, Norveçin Avropada qazın ən iri tədarükçüsü olan “Equnior” şirkəti öz obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini bəyan edib.
Krallığın Baş naziri Yonas Qar Ştöre isə NTB informasiya agentliyinə müsahibəsində bildirib ki, Norveçin dəniz neft-qaz sektoru üçün xüsusi təhlükə olduğunu hesab etmir və bu səbəbdən o, öz müttəfiqlərindən hərbi kömək istəməyib.
“Uzunluğu 8.800 kilometr olan boru kəmərlərində sabotaja heç vaxt tam mane ola bilməzsiniz, bu mümkün deyil”, - deyən Baş nazir əlavə edib ki, razılaşdırılmış əlavə tədbirlər potensial cinayətkarların işini yalnız çətinləşdirə bilər.
Xatırladaq ki, bu ayda Norveç polisi Şimal dənizində neft-qaz platformaları üzərindəki səmada naməlum pilotsuz uçuş aparatları görünməsi faktı üzrə təhqiqata başlayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!