20 Iyul 2022 01:08
1563
Oxucu məktubları

"Nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir"

 

Qəzetinizdə 165 nömrəli marşrut barədə dərc olunan nöqsanlarla bağlı əməkdaşlarımız tərəfindən adıçəkilən marşruta aid avtobusların fəaliyyəti təhlil edilərək monitorinq aparılmışdır. Monitorinq zamanı qəzetdə qeyd olunan məqamlar öz əksini tapmışdır.

Belə ki, 165 nömrəli marşrutda 18 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə xidmət göstərməsinə baxmayaraq, günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda, xüsusən Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələrə, eyni zamanda marşrutda avtobusların ümumi dövrünün gecikməsinə səbəb olur. Buna baxmayaraq, adıçəkilən marşrutun istismarçısı olan "Çinar-Trans" MMC-nin məsul şəxsləri ilə məsələ müzakirə edilərək fəaliyyətlərində əsaslı dönüş edərək avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin mövcud çatışmazlıqlarla bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərə rəsmi xəbərdarlıq məktubu da göndərilmişdir.

 

Vüqar MƏMMƏDZADƏ,

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video