05 Dekabr 2021 00:42
2279
Oxucu məktubları
A- A+

Nizamsızlıq tıxaca səbəb olur

 

Mən sürücülük fəaliyyəti ilə məşğulam. Bəri başdan deyim ki, yaşadığım Sumqayıt şəhərinin yolları geniş və təmirlidir. Hətta ictimai nəqliyyatın hərəkətini nizamlamaq üçün bir çox küçələrdə ayrıca hərəkət zolağı da ayrılıb. Bunların  nəticəsidir ki, şəhərimizdə yol qəzaları çox az halda baş verir.

Bununla belə problemlər də yox deyil. Onlardan biri taksilərin və şəxsi avtomobillərin ictimai nəqliyyatın dayanacaqlarını zəbt etməsidir. Belə halda marşrut avtobusları yolun hərəkət zolağında dayanmağa məcbur olurlar ki, bu da tıxacla nəticələnir. Digər problem 3-4 avtobusun dayanacağa eyni vaxtda yaxınlaşmasıdır. Təbii ki, bu zaman dayanacaq üçün ayrılmış ərazidə sıxlıq yarandığından digər avtomobillərin hərəkəti məhdudlaşır. 

Demək olar ki, hər gün əlaqədar təşkilatın nümayəndələri ərazilərdə səliqə-sahman yaradır. Lakin onlar çıxıb gedən kimi yenə də ara qarışır. Ona görə də bu cür halların köklü həlli üçün daha təsirli tədbirlər görülməlidir.

 

Ramiz İBRAHİMOV,

Sumqayıt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video