26 Oktyabr 2024 09:30
4360
Səhiyyə
A- A+
Niyə xəstələnirik?

Niyə xəstələnirik?


Soyuq havaların gəlişi ilə insanlar tez-tez xəstələnir, qripə yaxalanırlar. Lakin bəzi insanlar da var ki, ümumiyyyətlə viruslara yoluxmurlar. Sanki gözgörünməz bir qalxanla viruslardan qorunurlar. 

ABŞ-nin Yale Universitetinin tədqiqatçıları bunun səbəbini araşdırıblar. Nəticələrə görə, bu vəziyyətin səbəbi qeyri-sağlam olmayan vərdişlər, insanın özünə vurduğu zərər və israrla təkrar etdiyi səhvlərdir. Daha az xəstələnmək, xəstələnəndə isə tez və asan sağalmaq ilk növbədə öz əlimizdədir.

İnsan orqanizmi təxminən 70 trilyon hüceyrədən ibarətdir. Səhhətimiz, fiziki və zehni fəaliyyətimiz bu mikrocanlılardan asılıdır. Əgər onlar sağlamdırsa, orqanizm də sağlam və gümrah olacaq. Əks halda isə orqanımız öz funksiyasını düzgün yerinə yetirə bilməyəcək. Nəticədə xəstəlik yaranacaq.

Orqanizm özünə zərər verən amilləri təmizləmək üçün immunitet sistemindən istifadə edir. Genetik quruluşumuz bəzi xəstəliklərə qarşı meyilli olur. Lakin genetik faktorlar dəyişməz taleyimiz deyil. Genlər səssiz, hərəkətsizdir, ta ki, aktivləşdirmək üçün siqnal alana qədər. Xəstəliklə əlaqəli bir genin olması mütləq həmin xəstəliyə yaxalanmaq demək deyil. Xəstəlik genlərini aktivləşdirəcək mənfi amillər azaldılsa, xəstəliyin yaranmasının da qarşısı alına bilər.  

Mütəxəssislər bildirirlər ki, soyuq viruslar vücuda daxil olduqda, burun və ağciyərdəki hüceyrələr qorunmaq üçün maneə yaradır. Tədqiqat zamanı burun hüceyrələrinin antiviral funksiyaya, bronxial hüceyrələrin isə oksidləşdirici stresə daha güclü reaksiya verdiyi məlum olub. Stresin orqanizmə vurduğu zərər düşündüyümüzdən də çoxdur. Araşdırmalar göstərib ki, stres səviyyəsi artdıqca, hüceyrələrin soyuq viruslara qarşı müdafiə mexanizmləri zəifləyir.

İmmun sisteminə mənfi təsir edən digər amil isə qidalanmadır. Zərərli və balanssız qidalanma nəticəsində son 10-15 ildə piylənmə halları demək olar ki, üç dəfə artıb. Digər tərəfdən, hər dörd insandan birində qaraciyər yağlanması, insulin müqaviməti və ürək-damar xəstəlikləri müşahidə edilir. 

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdəki bəzi canlılar otla, bəziləri ətlə, bəziləri isə həm ətlə, həm də otla qidalanır. Hər bir canlının həzm orqanları özünə uyğun formalaşır. Təbiətə uyğun olmayan qidalar orqanizm tərəfindən yad maddə kimi qəbul olunur, qorunmaq üçün məhv edilir və ya zərərsizləşdirilir. Özünü qoruya bilmədikdə isə xəstəlik yaranır.

Qidaları uzun müddət saxlamaq üçün əlavə edilən konservantlar orqanizm üçün zərərlidir, onların "toxunduğu" zülal, yağ və şəkərlərin də keyfiyyəti aşağı düşür. Bunlar da bədən tərəfindən yad maddələr kimi qəbul edilir. Yediyimiz qidalar həzm sistemimiz tərəfindən ən kiçik hissələrə, zülallar amin turşularına, şəkərlər qlükozaya, meyvə və tərəvəzlər fruktozaya, vitaminlər minerallara, yağlar yağ turşularına parçalanır və bağırsaqdan sorulur. Proses pozulduqda bağırsaq florası zədələnir, xəstəliklər baş qaldırır.

Tədqiqatçılar hüceyrələrin zəifləməsinin səbəblərini daha dərindən araşdırmaq üçün burun hüceyrələrini nikotinə məruz qoyublar. Məlum olub ki, bu, hüceyrələri daha həssas edir. Bədənimiz bir infeksiya ilə qarşılaşdıqda immunitet sisteminin hüceyrələri aktivləşir və iltihabi prosesləri əlaqələndirən aşağı molekulyar çəki zülalları istehsal etməyə başlayır. Lakin tütün məmulatları bu prosesi ciddi şəkildə pozur.

İnsan immunitetini zəiflədən əsas amillərdən biri də gigiyenaya riayət etməməkdir. Bu bəzən fərdin özündən deyil, ətraf mühitdən də asılı olur. Ümumiyyətlə gigiyena şəraitinin pis olması, təmizlik qaydalarına fikir verilməməsi, lazımi qoruyucu tədbirlərin görülməməsi, bir sözlə, gigiyenik tədbirlərdən uzaqlaşmaq insanı viruslara qarşı müdafiəsiz edir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bayden 39 nəfəri əfv edib

15:53
12 Dekabr

Rumıniya və Bolqarıstan Şengenə tam üzv olurlar

15:52
12 Dekabr

Avropa İttifaqı Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasını təsdiqləyib

15:48
12 Dekabr

Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisinin başa çatacağı tarix açıqlanıb

15:47
12 Dekabr

Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub

15:47
12 Dekabr

Xarici İşlər Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

15:46
12 Dekabr

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Liderin məzarını ziyarət ediblər

15:44
12 Dekabr

Laçında “Heydər Əliyev. Zamanın fövqündə” sənədli film nümayiş olunub

15:43
12 Dekabr

Əli Əsədov: MDB-nin mədəniyyət paytaxtı statusu Laçına mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etmək imkanı verəcək

15:41
12 Dekabr

Maykl Makfol: Kiyev NATO-ya üzv olmaq üçün bəzi ərazilərdən imtina etməlidir

15:40
12 Dekabr

Anar Quliyev: Bakının ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumuna hazırlıq başlayıb

15:39
12 Dekabr

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anım gününü silsilə tədbirlərlə qeyd edib

15:39
12 Dekabr

Komitə sədri: Bir neçə ünvanda qəzalı binalar müəyyən olunub

15:37
12 Dekabr

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

14:47
12 Dekabr

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

14:45
12 Dekabr

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

14:45
12 Dekabr

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə bağlı indiyədək üç minə yaxın şəxsin namizədliyi irəli sürülüb

14:44
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

14:44
12 Dekabr

Ombudsman Aparatının əməkdaşları Ümummilli Liderin xatirəsini anıblar

14:43
12 Dekabr

Komitə sədri: Hazırda 16 baş plan üzərində iş gedir

14:41
12 Dekabr

Ümummilli Liderin İstanbulda ucaldılmış abidəsi ziyarət olunub

14:41
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!