13 Yanvar 2022 02:01
883
Oxucu məktubları
A- A+

“Nəzarət tədbirlərinin gücləndirilməsi üçün tapşırıqlar verilmişdir”

 

“Azərbaycan” qəzetinin 2021-ci il 20 noyabr tarixli nömrəsində dərc edilmiş “Ovlaq xəlvət, brakonyer bəy” başlıqlı məqalədə qeyd olunanlar araşdırılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2019-cu il tarixli 829 s nömrəli sərəncamına əsasən, Mahmudçala, Zəvvar və Qırmızıkənd ovçuluq təsərrüfatları Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin balansına verilmiş və təsərrüfatlarda heyvanlar aləminin mühafizəsi həmin qurumun balansında olan “Hərbi Ovçuluq İttifaqı” MMC tərəfindən həyata keçirilmişdir.

Keçən dövr ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı dəfələrlə Mahmudçala, Zəvvar və Qırmızıkənd ovçuluq təsərrüfatları ərazisində qanunsuz ovçuluq fəaliyyəti aşkar edilmiş və qarşısı alınmışdır.

“Azərbaycan” qəzetində dərc olunmuş məqalə ilə əlaqədar müvafiq təsərrüfatların ərazisində nəzarət tədbirlərinin gücləndirilməsi barədə tapşırıq verilmişdir.

 

Muxtar BABAYEV,

Ekologiya və təbii sərvətlər naziri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video