02 Oktyabr 2022 01:16
537
İQTİSADİYYAT
A- A+

Neftçalada pambıq sahələrinə 31 kombayn çıxarılıb

 

Cari il Neftçala rayonunda 8645 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq, vaxtında suvarma suyu ilə təminat həyata keçirilib. Göstərilən aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
AZƏRTAC xəbər verir ki, Neftçalada tarla görüşü təşkil olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Suvarma Sistemləri İdarəsinin, "P-Aqro" MMC-nin məsul şəxsləri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirilib, yığım prosesi izlənilib. Görüş zamanı fermerləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Pambıq yığımına nəzarətin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, suvarma zamanı sudan səmərəli istifadə, fermerlər arasında ədalət meyarının qorunması məsələlərinə xüsusi önəm verilib. Məhsulun bu il hər hektar üçün 50 sentnerə çatdırılması fermerlərlə müzakirə olunub.
Pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.
Fermerlər yaradılan şəraitə, kənd təsərrüfatı sahəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, hazırda sahələrə 31 pambıqyığan kombayn, 600 nəfər işçi qüvvəsi çıxarılıb və 1804,41 ton pambıq yığılıb. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video