07 Noyabr 2025 08:15
485
İQTİSADİYYAT
A- A+
Neft Daşları bu gün də dünyanı heyrətləndirməkdə davam edir

Neft Daşları bu gün də dünyanı heyrətləndirməkdə davam edir


Əfsanəvi mədən-şəhərin 76 yaşı tamam olur


76 il əvvəl noyabrın 7-də "Neft Daşları"nda ilk quyu fontan vurdu. Özünün indiki, yəni daimi adını almazdan əvvəl bu bənzərsiz məkan "Qara daşlar", "Yeddi gəmi adası" kimi tanınıb. Sonralar isə Neft Daşlarını obrazlı şəkildə "Möcüzələr adası", "Dünyanın səkkizinci möcüzəsi", "Əfsanəvi şəhər" də adlandırıblar.  Xəzərin qoynunda, polad dirəklər üstündə salınmış Neft Daşları əslində analoqu  olmayan mədən-şəhərdir.

Neft Daşlarına çox gözəl və mənalı adlar verilib. Azərbaycanın Xəzərdə yaratdığı bu  əfsanə  haqqında filmlər çəkilib, bədii əsərlər yazılıb, mahnılar bəstələnib. Bunların heç birinin doğru-dürüstlüyünü, məna dərinliyini və nəhayət, obrazlılığını danmadan deyək ki, Neft Daşlarını gərək öz gözlərinlə görəsən. Neft Daşları elə bir məkandır ki, onun haqqında qələmlə, fırça ilə təsəvvür yaratmaq çətindir. Təsadüfi deyil ki,Ümummilli Lider Heydər Əliyev Neft Daşlarına səfər edəndən sonra təəssüratını belə ifadə etmişdi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".

Yeri gəlmişkən, Ulu Öndər burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmiş, "Neft Daşları  Azərbaycan neftçilərinin  qəhrəmanlıq abidəsidir",- demişdi.

"Neft Daşları" yatağını Xəzərin sularından baş qaldıran çıxıntıların - qara daşların yaxınlığında müşahidə ediblər. Tarix bu yatağın "doğuluş"unu öz yaddaşında belə qoruyub saxlayır: "...1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Beləcə, buranı "Yeddi gəmi adası" deyə çağırmağa başladılar. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 nömrəli quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu".

Neft Daşlarının sonrakı inkişafında Qurban Abasov, Nəsrulla Babayev, Solomon Qrobşteyn, Əhəd Yaqubov, Viktor Naqayev, Bəxtiyar Məmmədov, Fuad Səmədov, Bəhmən Hacıyev, Akif Cəfərov, Həzrət Xadikov, Mübarək Məmmədov, Xanoğlan Bayramov, Səyyad İbrahimov, Fərhad Həmzəyev, Əhməd Zeynalov,  Xoşbəxt Yusifzadənin misilsiz əməyi olub.  Ötən səkkiz onilliyə yaxın bir dövrdə  Neft Daşlarında nəsillər dəyişsə də,  ənənələr  dəyişmir. Bu, Azərbaycan neftçilərinin qəhrəmanlıq ənənələridir.

"Neft Daşları" ilk növbədə karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Bu yataq Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları" NQÇİ (Neft və Qazçıxarma İdarəsi) tərəfindən istismar olunur. 1951-ci ildən "Neft Daşları"nın, 1963-cü ildən isə "Palçıq Pilpiləsi"nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır. "Neft Daşları" Neft və Qazçıxarma İdarəsində keçən il 1 milyon 160 min 465 ton neft hasil edilib. Bu, müstəqillik dövründə  idarənin ən yüksək göstəricisidir. Neftçilərin  builki hədəfi  isə  1,2 milyon tondur.

Neft Daşlarının hər uğuru  Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir. Prezident İlham Əliyev dəfələrlə  burada olub. Dövlət başçısının  diqqət və qayğısı sayəsində  "Möcüzələr adası" son illər  xeyli abadlaşıb gözəlləşərək  dünyanı təəccübləndirməkdə davam edir. Dəniz neftçilərinin məişət şəraitinin yaxşılaşdırılması  istiqamətində əməli işlər görülüb.

Neft Daşlarını  əfsanəyə bənzətsələr də, o, əsl həqiqətdir, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Lakin Neft Daşları mədən-şəhərdir. Çünki  burada məktəblər, uşaq bağçaları, ailələrin yaşadığı mənzillərdən ibarət evlər yoxdur. Beş və doqquzmərtəbəli yataqxanalar, yeməkxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərdə yalnız neftçilər yaşayır, həm də təkcə əmək növbələri günlərində. Neftçilər dedikdə təkcə dənizin dərin qatlarından "qara qızıl"ı çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin, eləcə də neçə-neçə digər  müəssisə və təşkilatın nümayəndələridir. Növbələşərək işləyirlər - bir həftə dənizdə, növbəti həftə quruda, ev-eşiklərində olurlar.

Son illər ərzində "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.

Neft Daşlarının bir möcüzəsi  də yamyaşıl parkları, gül-çiçəyi,  ikimərtəbəli "Çay evi", idman zalıdır… Təsəvvür edək ki, bunların hamısı açıq dənizin qoynunda, polad meydançaların üstündədir. 

Bu da bir həqiqətdir ki, vaxtilə Neft Daşları kəşf edilməsə, kim bilir, sonrakı yataqların "tale"yi necə olardı. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Neft Daşları olmasaydı, nə "Azəri-Çıraq-Günəşli" olardı, nə də Bakı-Tbilisi-Ceyhan...

Təkcə "Azəri-Çıraq-Günəşli"mi?! 76 il əvvəl "Neft Daşları" yatağının kəşf edilməsi, ümumiyyətlə, dünyada dəniz nefti erasının başlanğıcını qoydu. Yalnız keçmiş SSRİ-ni əhatə edən Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okeanlarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının əhəmiyyətli hissəsi dəniz akvatoriyalarının payına düşür. Okean və dəniz şelflərində işlərin miqyası sürətlə genişlənir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!