27 Yanvar 2022 15:22
651
İQTİSADİYYAT
A- A+

Nazir müavini: Növbəti illərdə də sosial tərəfdaşlarımızla birgə məşğulluğa dəstək verilməsi sahəsində layihələr həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edən və sosial məsələlərin həllində, xüsusən də məşğulluq məsələlərində işəgötürənlər əsas aparıcı qüvvə təşkil edir. Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşlar nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən 9 nominasiya üzrə təltif olundular. Əlamətdar hadisədir ki, mükafatlandırılanlar arşında şəhid ailələri və qazilərin işlə təmin edilməsi, nazirliyin “Məşğulluq” altsisteminə ən çox vakansiyalar verilməsi və məşğulluq xidməti orqanları tərəfindən təqdim olunan göndərişlər əsasında işə qəbul edilməsi sahəsində fərqlənən şirkətlər oldu.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu sözləri sosial tərəfdaşların mükafatlandırılması mərasimindən sonra deyib.

Nazir müavini bildirib: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi il ərzində 100 minə yaxın şəxsin işə düzəlməsinə kömək göstərib. Dövlət başçısının tapşırıqları əsasında özünüməşğulluqla əlaqədar agentlik tərəfindən 16 minə yaxın iş yeri yaradılıb. Sosial tərəfdaşlarla birgə əməkhaqqının birgə maliyyələşməsi proqramı həyata keçirilir və il ərzində 500-ə yaxın işsiz şəxsin həmin proqram əsasında məşğulluğu təmin edilib. Vətən müharibəsindən sonra ən aktiv tədbirlərdən olan “Məşğulluq” marafonu həyata keçirilir və həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərini və qazilərin məşğulluğu həyata keçirilir. Artıq həmin marafon çərçivəsində 600-dən çox şirkət 4 minə yaxın vakansiyanı məşğulluq xidməti orqanlarına təqdim edib və bunun nəticəsində 1600-ə yaxın şəxsin məşğulluğu təmin olunacaq. Belə tədbirlər davamlı xarakter daşıyacaq və növbəti illərdə də sosial tərəfdaşlarımızla birgə məşğulluğa dəstək verilməsi sahəsində layihələr həyata keçiriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video