08 Dekabr 2022 19:30
582
DÜNYA
A- A+

Nazir Hulusi Akar: “F-16” məsələsində ABŞ-dan konkret addımlar gözləyirik

 

NATO-nun açıq qapı siyasətini Finlandiyanın alyansa üzvlük məsələsində də dəstəkləyirik. Ancaq Madriddə imzalanan anlaşmanın şərtlərinin yerinə yetrilməsini gözləyirik. Konkret addımlar görmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada finlandiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir diqqətə çatdırıb ki, Türkiyə ABŞ-dan 40 ədəd “F-16” qırıcısı almaq, 79 təyyarəni isə modernləşdirmək üçün fəaliyyətini davam etdirir. Bu məsələ ilə bağlı prosesi müsbət dəyərləndirən Hulusi Akar deyib: “Bu müsbət yanaşmalardan (ABŞ-ın qarşıdakı il üçün müdafiə büdcəsində “F-16” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması) asılı olaraq indi ABŞ-dan müsbət və konkret addımlar gözləyirik”.

Təhlükəsizlik məsələlərində Türkiyənin tələblərini yaxşı başa düşdüklərini ifadə edən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Mülki insanlara qarşı həyata keçirilən terror aktlarını ən yüksək səviyyədə qınayırıq”.

Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığa böyük üstünlük verdiklərini vurğulayan finlandiyalı nazir daha sonra vurğulayıb: “Terrorla mücadilədə dəstəyimiz sizinlədir (Türkiyə ilə). Sizinlə birlikdəyik. Finlandiya və Finlandiya xalqı olaraq qətiyyətli şəkildə terrorun bütün hallarını rədd edir və qınayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video